Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Emin Ağalarov dünyanın 33 məşhur musiqiçisinin sırasında

Amerikalı məşhur rejissor və musiqiçi Devid Linçin adını daşıyan xeyriyyə fondu növbəti aksiyasını elan edib.

Fond “I Tunes” rəqəmsal kompaniyası ilə əməkdaşlıq çərçivəsində “Download for good (Musiqi dünyanı yaxşıya dəyişir)” şüarı ilə disk satışını təşkil edir. Bu barədə Simsar.az-a müğənni və iş adamı Emin Ağalarovun mətbuat xidmətindən məlumat verilib. Satışdan əldə olunan vəsait Devid Linç fonduna toplanacaq. Trek-listə dünyanın 33 məşhur sənətçisinin mahnısı daxil edilib. Onların sırasında Mobi, Alanis Morisett, Deyv Stüart, İqqi Pop, Nensi Sinatra, Piter Qabriel, Endi Sammers (“The Police” qrupu), Amanda Palmer, Maroon-5, Tom Uyts, Patrisiya Kaas və başqalarının adını görmək mümkündür.

Siyahıda azərbaycanlı sənətçi Emin Ağalarovun da adı var. Onun “Wonder” albomundan “All I Need Tonight” kompozisiyası 33 trekin arasındadır. Devid Linç deyib ki, siyahıda adları sadalanan incəsənət adamları öz yaradıcılıqlarını da vam etdirməklə yanaşı insanların da həyatını gözəlləşdirirlər.

Emin Ağalarov da öz növbəsində belə bir aksiyada iştirak etdiyi üçün xoşbəxt olduğunu deyib: “Fondun seçimi məni qürurlandırdı. Şadam ki, musiqim təmiz incəsənət və qlamur şou-biznesdə insanlara nicat, kömək kimi qəbul olunur. Bu fondda mənim də yardım payım olacağı üçün çox xoşbəxtəm. Ümid edirəm ki, dinləyicilərim, bu seçilmiş mahnılardan ibarət diski dinləyənlər Amerikanın məşhur musiqiçi və rejissorunun təşəbbüsünü qiymətləndirəcəklər”.






14 İyul, 2011  21:12 Baxılıb: 1280 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner