Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Binə" yə silahlı hücum necə olub...

Hadisənin təfərrüatları

Cinayətin baş vermə səbəblərini araşdıran Qaradağ rayon Prokurorluğunun müstəntiqi Hamlet Məmmədov APA-ya açıqlamasında bildirib ki, hadisəni törədən şəxslər iki nəfər olub: “Ehtimal olunur ki, onlar valyutadəyişmə məntəqəsinin işçisi Əli Əliyevi evdən çıxandan izləyiblər. Ə. Əliyev məntəqəyə çatıb qapını açan kimi üzü maskalı iki nəfər ona arxadan atəş açaraq əlindəki torbanı alaraq hadisə yerindən qaçıb. Maraqlısı bundadır ki, quldurluq edən şəxslər hadisəni törədib qaçarkən ərazidə xeyli sayda adam olub, lakin qorxudan heç kim həmin şəxslərə mane ola bilməyib”.

Müstəntiq qeyd edib ki, hadisə ərazidəki təhlükəsizlik kameralarına düşüb. Təhlükəsizlik kameralarındakı qeydlərə baxdıqdan sonra quldurluq edən şəxslərin hansı istiqamətdə qaçdığını və ya hansısa avtomobildən istifadə edib-etmədikləri müəyyənləşdirmək mümkün olacaq.

H. Məmmədov, həmçinin bildirib ki, basqına məruz qalan valyutadəyişmə məntəqəsindəki seyf boş olub. Məlumata görə, gecə həmin seyfdə pul saxlanılmayıb. Basqınçıların götürdüyü pul isə Ə. Əliyev özü ilə gətirib. Bundan başqa, məntəqədəki stolun siyirməsində təxminən 300 manata yaxın pul olub və həmin pula toxunulmayıb. Basqınçıların nə qədər pul apardığı isə hələlik məlum deyil.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, əməliyyat istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saat 09.30 radələrində “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birinə iki maskalı şəxs basqın edib. Onların açdığı atəş nəticəsində məntəqənin işçisi, 25 yaşlı Əli Əliyev güllə yarası alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Basqınçılar hadisə yerindən qaçıblar.






14 İyul, 2011  16:59 Baxılıb: 1060 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner