Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ziya Məmmədovun oğlu geri çəkilmir

Anar Məmmədov iki müxalifət qəzetindən biriinə qarşı yeni iddia irəli sürüb

Simsar.az-ın məlumatına görə, qəzetlərin nümayəndəsi qismində vəkil Elçin Sadıqov çıxış edib. Onun sözlərinə görə, proses təxminən yarım saat davam edəndən sonra iyulun 22-nə qədər təxirə salınıb. Buna səbəb qarşı tərəfin əlavə iddia ilə çıxış etməsi olub: “Qarşı tərəf ”Yeni Müsavat” qəzetinin 20 iyun 2011-ci il tarixli sayında “Anar Məmmədovun 1 milyonluq maşınını ölkəyə buraxmadılar” yazısı ilə bağlı əlavə iddia qaldıraraq qəzetdən təkzib tələb etdi. Hakim də bizə hazırlaşmaq üçün vaxt verərək prosesin iyulun 22-nə təxirə salınması barədə qərar çıxardı.

Bundan başqa, iddiaçının nümayəndələri vəsatət qaldırdılar ki, bu iş üzrə məhkəmə baxışı başa çatana qədər “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində proses barədə yazılar dərc edilməsinə qadağa qoyulsun. Hakim müşavirədən qayıdandan sonra vəsatətin təmin edilməməsi barədə qərar çıxardı”.

Maraqlıdır ki, son vaxtlara qədər tərəflərin barışığı məsələsi gündəmdə idi. Hər iki qəzetin redaktoru - Qənimət Zahid və Rauf Arifoğlu qarşı tərəfə məsələni danışıqlar yolu ilə həll etməyi təklif etmişdi. Redaktorlar təkzib verməyə hazır olduqlarını bildirmiş, qarşı tərəf isə iddianın mənəvi zərərlə bağlı hissəsindən imtina etdiyini, lakin təkziblə yanaşı üzrxahlıq da istədiklərini bildirmişdi. Anar Məmmədov uzun müddət ölkə xaricində olduğu üçün onun məsələ ilə bağlı mövqeyi məlum olmamışdı. İndi isə bəlli olur ki, nazir oğlu iddiasında israrlıdır və təzminat tələbindən geri çəkilmir.

Ən maraqlısı isə növbəti prosesin Milli Mətbuat Gününə təyin edilməsidir. Belə çıxır ki, qəzetlərin bayram ərəfəsində barışıq gözləməsi əbəs olub.

Xatırladaq ki, məhkəmə predmetinə “Yeni Müsavat” qəzetində dərc edilən 5, “Azadlıq” qəzetində dərc edilən 1 məqalə səbəb olub. A.Məmmədov qəzetləri onun restoranda ayı kəsdirdiyini və Dubaydan qovulduğunu iddia edən yazılara görə məhkəməyə verib. İddiaçı hər iki qəzetdən təkzib, üzr və üst-üstə 500 min manat təzminat tələb edir.






14 İyul, 2011  15:49 Baxılıb: 1066 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner