Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tibb işçiləri axtarılır

Azərbaycan Tibb Universitetinin məzunları üçün səhiyyə müəssisələrində vakant yerlər elan edilib

Azərbaycan Tibb Universitetinin 2011-ci il məzunları üçün respublikanın səhiyyə müəssisələrində mövcud olan vakant yerlər elan edilib.

Bu haqda universitetin tədris hissə müdiri Nəsimi Qasımov məlumat verib. Onun sözlərinə görə, vakant yerlərlə bağlı elanlar universitetin dəhlizlərinə vurulub.

Səhiyyə Nazirliyindən də verilən məlumata görə, rezidentura səviyyəsində hazırlıq keçmək iddiasında olmayan və rezidenturaya qəbul olunmayan məzunlar üçün baza ali tibb təhsil əsasında tibb müəssisələrində həkim fəaliyyəti ilə məşğul olmağa icazə verilən həkim vəzifələrinin siyahısı təsdiq edilib. Məzunların seçəcəkləri vəzifələr onların ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olaraq) olmalıdır. Siyahıda göstərilən vəzifələr üzrə çalışmaq arzusunda olan məzunlar vakant iş yerləri olan tibb müəssisələrinə müraciət etməlidirlər.

Məlumatda bildirilir ki, işə qəbul olunmaq məsələsi ilə bağlı yerlərdə yaranmış problemlər olduğu halda, məzunlar nazirliyin Kadrlar, elm və təhsil şöbəsinə məlumat verə bilərlər.

Qeyd edək ki, “Təhsil haqqında” qanuna uyğun olaraq 2011-ci ildən etibarən respublikada tibb təhsili əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara həkim və həkim-mütəxəssis ali peşə ixtisas dərəcəsi veriləcək. Rezidenturaya qəbul və bu səviyyədə həkim hazırlığı Nazirlər Kabinetinin təsdiq etdiyi “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları” əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçiriləcək imtahanlar əsasında aparılacaq. Bu məqsədlə rezidenturada ixtisaslar üzrə təhsil müddəti, həkim-mütəxəssislərin hazırlığını aparan təhsil, elm müəssisələri və klinikaların siyahısı təsdiq edilib.






13 İyul, 2011  17:20 Baxılıb: 1273 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner