Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təyyarə qəzasında həlak olanların ailələrinə 100 min manat

Zərərçəkənlər Bakıya gətirilir

Onların hamısının ailə üzvlərinə kompensasiya veriləcək. Kompensasiyanın məbləği həlak olanların hər birinin ailəsi üzvü 100 min manat (təqribən 127,1 min ABŞ dolları) təşkil edəcək. Ekipajın Özbəkistandan olan üzvlərinin ailələri də Bakıya gətirilib və “Aeroport” otelində yerləşdirilib”. APA-nın məlumatına görə, bunu “Silk Way” MMC Holdinqin prezidenti Zaur Axundov bildirib. Onun sözlərinə görə, həm təyyarə, həm də ekipaj üzvləri sığortalanıb. Hadisənin tədqiqatı başa çatandan sonra sığorta ilə bağlı məsələlər həllini tapacaq: “”Silk Way” Əfqanıstana 10 ildir ki, uçuşlar həyata keçirib. Bu dövr ərzində uçuşların təhlükəsizliyini Əfqanıstan dövləti təminat verib”. 

“Silk Way” aviaşirkətinin direktoru Şəmsəddin Mirsalayev isə deyib ki, şirkətin təyyarələri Əfqanıstana əvvəlcədən müəyyən olunmuş ciddi qrafiklə daxil olurmuş: “Onlar bizə təyyarənin Əfqanıstana daxil olacağı vaxtı dəqiq bildirirdilər. Təyyarə Bakıdan elə vaxtda çıxırdı ki, onlar dediyi vaxtda Əfqanıstan hava məkanına və hava limanlarına daxil ola bilsin”.

Ş. Mirsalayev deyib ki, qəzaya uğrayan təyyarə ilə bağlı son dispetçer məlumatları uçuş zamanı təyyarədə heç bir texniki nasazlığın olmadığını, ekipaj üzvlərinin normal fəaliyyət göstərdiyini, yəni hündürlüyü kəskin dəyişmək cəhdlərinin olmadığını göstərir.

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.






9 İyul, 2011  17:41 Baxılıb: 1218 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner