Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil haqlarının qaldırılmasına etiraz

Gənclər aksiya keçirməyə hazırlaşır

Yeni tədris ilindən ödənişli ali məktəblərdə təhsil haqlarının artırılması gənclərin etirazına səbəb olub. Simsar.az saytının məlumatına görə, “Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı musavat.com-a bildirib ki, Azərbaycanda keyfiyyətli təhsil yoxdur və belə olduğu təqdirdə təhsil haqlarının qaldırılması başadüşülən deyil: “Bu gün Azərbaycanda faktiki təhsil yoxdur. Gənclərimiz təhsil aldığı müəssisələrdə kadr kimi yetişdirilmir. Ona görə də, bu ölkədə təhsil almağın adı yoxdur. Yaxşı olar ki, hər bir real təhsil almaq istəyən gənc xaricə üz tutsun. 

Onun sözlərinə görə, təhsil haqları 2500-3000 manat səviyyəsinə qaldırılıb. Misal üçün Azərbaycan Tibb Universitetinə qəbul olunan tələbə hər il təxminən 3000-3500 manat ödəniş etməlidir, ali məktəbi bitirdikdən sonra isə həkim olmaq üçün yenidən imtahan verməlidir, imtahandan keçməsə, həkim ola bilmir: “Bunu necə başa düşmək olar? Belə çıxır ki, həmin tələbənin illərdir etdiyi ödənişlər də boşa çıxıb. Axı ali məktəb tələbəyə təhsil verə bilmirsə, o, niyə bu qədər vəsait ödəməlidir. Təhsil haqlarının qaldırılması gənclərimizi xaricə üz tutmağa sövq edir”.
Təhsil haqqına etiraz olaraq təşkil ediləcək aksiyaların davamlı olacağını deyən R.Hacılı növbəti aksiyalarda yeni metodlardan istifadə ediləcəyini də vurğulayıb: “Təbii ki, aksiyalarımız davamlı olacaq. Biz növbəti aksiyalarda bu qərarı verənləri ictimai qınağa çəkmək üçün ən müxtəlif metodlardan istifadə edəcəyik. İnanırıq ki, növbəti aksiyalarımız da effektiv olacaq”.

Anar






9 İyul, 2011  15:34 Baxılıb: 1087 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner