Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Emin Ağalarov: “Uğurlarımın yarısını həyat yoldaşıma borcluyam” -FOTO

İyulun 7-də Yaşıl Teatrda iş adamı və müğənni Emin Ağalarovun konserti olub.

Simsar.az-ın məlumatına görə, təxminən iki saat davam edən konsertdə müğənni köhnə və yeni albomundan mahnılar ifa edib. İfaçı konsertdən öncə Yaşıl Teatrın səhnəsində saatlarla məşq edib. 

Emin Ağalarov ilk ifadan öncə müxtəlif ölkələrin səhnələrində çıxış etdiyini, lakin ən məsuliyyətli çıxışın Bakı səhnəsində olduğunu vurğulayıb. Konsertin zamanı Ağalarov anasını, bacısını və nənəsini tamaşaçılara təqdim edib: “Atam Araz Ağalarov əməliyyat olunduğu üçün konsertdə iştirak edə bilmir”.

Konsertdə Emini Ağalarovu ən çox “Emin fan club”un üzvləri-pərəstişkarlar dəstəkləyib. Onlar əllərində “Emin Ağalarov” yazılan bayraqlarla konsertin sonunadək müğənnilərini çoşqu ilə dəstəkləyiblər.

Emin Ağalarov ifaları ilə yanaşı ara-sıra tamaşaçılarla səmimi dialoq qurub, yazdığı mahnılardan, Bakıya olan sevgisindən, fanatlarından danışıb. Proqram boyunca ifaçıya çoxlu sayda gül dəstəsi hədiyyə olunub.

Emin Ağalarov Azərbaycan dilində mahnı oxumamasını da belə izah edib: “Bir işi ya mükəmməl etmək lazımdır, ya da etməmək... Mən yaxşı işləri sevirəm”.
O, Azərbaycan dilində mükəmməl oxuyan ifaçı kimi Müslüm Maqomayevi örnək göstərib. Emin Ağalarov ənənəsi bu konsertdə də davam edib, o bu konsertdə də nəhəng musiqiçi Müslüm Maqomayevi xatırlayıb. Deyib ki, hazırda Moskvada bir çox yerdə Müslüm Maqomayevin xatirəsinə lövhələr, heykəllər qoyulur.

Qeyd edək ki, sözügedən konsertdə Müslim Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da iştirak edib: “Ötən gün iki gözəl hadisə baş verdi. Müslüm müəllimin yaşadığı binada onun barelyefinin açılışı oldu. Bakıda musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adı veriləcək. Eyni zamanda Tamara xanım Sinyavskayanın doğum günü oldu. Bu gün Tamara xanım da bu konsertdə iştirak etməlidir. Onu təbrik edirəm. Xoşbəxtəm ki, Müslüm Maqomayevi tanımışam və mənim bu gün burada olmağım məhz onun məsləhətlərinin nəticəsidir”.
Emin Müslüm Maqomayevə həsr etdiyi mahnını oxuyub.

Səhnəyə Emini təbrik etmək üçün “BBC radionun” direktoru çıxıb və ona hədiyyə verib. O, xüsusi hədiyyəni təqdim etməzdən öncə Eminin nailiyyətlərindən danışıb və azərbaycanlı müğənninin Böyük Britaniyada çox sevildiyini vurğulayıb. Britaniyalı qonaq eləcə də Azərbaycan xalqını “Eurovision-2011” mahnı yarışmasındakı qalibiyyəti münasibəti ilə təbrik edib və gələn il Bakıda çox gözəl müsabiqənin keçiriləcəyinə əminliyini ifadə edib: “Emin Şərq dünyasından ilk müğənnidir ki, Böyük Britaniyanın “BBC 2” radiosunda üç həftədir, birinci pillədən düşmür. Onun ifası İngiltərədə çox sevilir və Azərbaycan bu cür oğlu ilə fəxr etməlidir”.
Qonaq Britaniyada hazırlanmış və üzərində Eminin şəkli əks olunan xüsusi mükafatı ona təqdim edib.

Konsertin sonuna yaxın müğənninin fan-klubunun üzvləri Eminin repertuarından bir mahnını özləri səhnədəcə, sənətçinin yanında ifa ediblər.
Sürprizdən məmnun qalan ifaçı deyib ki, fan-klubunun ona etdiyi tort hədiyyəsi həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ailə qurmalarının beş illiyi münasibəti ilə bağlıdır: “Bu tort həyat yoldaşımla ailə qurmağımızın beş illiyi münasibəti ilə hazırlanıb. Həyat yoldaşım da hər zaman olduğu kimi bu gün də mənimlədir və hazırda 8-ci sırada oturub. Mən qazandığım uğurların 50 faizini məhz həyat yoldaşıma borcluyam.

Emin bildirib ki, konsertdən yığılan pul hazırda tikilən məktəbə sərf olunacaq: “Bu məktəbin tikintisində hər birinizin payı olacaq. Buna görə sizlərə təşəkkür edirəm”.

Konsertini xoş əhval-ruhiyyə ilə başa vuran Emin, tamaşaçılar tərəfindən ikinci dəfə geri qaytarılıb. Səhnəyə ikinci qayıdışında isə müğənni məşhur “Ruh” filmindən hər kəsin sevdiyi “Unchained melody” mahnısını ifa edərək səhnədən tamaşaçı salonuna düşüb, xanımının yanına gəlib və ona bir qızılgül verib.

Konsertdə Leyla Əliyeva, Arzu Əliyeva, müğənninin ailə üzvləri və bir çox tanınmış sima, mədəniyyət xadimləri iştirak ediblər.






8 İyul, 2011  15:47 Baxılıb: 1969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner