Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Təhsil Nazirliyindən şikayət əskik olmur

Bir ayda 4781 müraciət

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2011-ci ilin iyun ayında 4781 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, müraciətlərin 4097-si telefonla, 684-ü elektron poçt vasitəsilə qəbul edil¬ib. Onların böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların 4000-dən çoxu 9 və 11-ci siniflərdə buraxılış imtahanlarının təşkili və keçirilmə qaydaları, ümumtəhsil məktəblərində imtahana buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin öyrənilməsi, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinin qəbulu və onların nəticələrinin öyrənilməsi, eksternat qaydada keçirilən imtahanlar və onların nəticələri ilə bağlı olub. Digər sorğularda müəllimlərin müsabiqə yolu ilə işə qə¬bulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, onların yaş senzi, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri və beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkələrin təhsil müəs¬si¬sə¬lə¬rindən verilmiş təhsil sə¬nəd¬lərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əmək haqqının he¬sab¬lan¬ması, təhsil sənədlərinin alınması, ümumtəhsil məktəb məzunlarının təhsildə qazandıqları uğurlara görə medallarla təltifi qaydaları ilə əlaqədar məsələlər öz əksini tapıb. Bütün bu sorğular “Qaynar xətt” xidməti tərəfindən qeydə alınaraq cavablandırılıb.

Bir sıra müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəs¬si¬sə¬¬lə¬¬rin¬dəki problemlərdən bəhs olunur. 84 belə müraciət əsasında araşdırmalar apa¬rıl¬ıb və prob¬lem¬lərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ötən ay “Qaynar xətt” xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 15-i Bakı, 4-ü Gəncə, 1-i Sumqayıt şəhərlərindən, 5-i Abşeron, 3-ü Cəlilabad, hər birindən 1 müraciət olmaqla Yardımlı, Biləsuvar, Qubadlı, Daşkəsən, Salyan və Ağcabədi rayon ümumtəhsil məktəbləri ilə əlaqədar olub. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsində ça¬tış¬mazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və digər mə¬sələlər əksini tapıb.

“Qaynar xətt” xidmətinə texniki-peşə təhsili müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. Bakıdakı 3, 7,15 nömrəli və Gəncədəki 3 nömrəli peşə liseylərindən daxil olan müraciətlərdə bir sıra nöqsanlara, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərə toxunulub. Bununla əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər ciddi şəkildə araş¬dı¬rıl¬araq müvafiq tədbirlər həyata keçirilib.

İyun ayında məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 11 şikayət məzmunlu müraciət daxil olub. Həmin müraciətlərdə Bakı (8 müraciət) və Gəncə şəhərindəki (2 müraciət), habelə Şabran rayonundakı (1 müraciət) uşaq bağçalarında bu müəssisələrə uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri və digər problemlərdən bəhs olunur. “Qaynar xətt” xidmətinə daxil olan bu müraciətlər araşdırılıb. Həmin müraciətlərdən birində valideynləri gözdən əlil olan 3 yaşlı sağlam uşağın bağçaya qəbulu ilə əlaqədar qohumları tərəfindən qaldırılmış məsələ əlavə şərait və imkan yaradılmaqla müsbət həllini tapıb. Qeyd olunan digər müraciətlər əsasında uşaq bağçalarında ərzağın keyfiyyətinin yüksəldilməsi üçün lazımi tədbirlər görülüb, müraciət müəllifləri əsaslı təmirə ehtiyacı olan bağçalarda aparılacaq tikinti-təmir işləri üzrə müvafiq proqram barədə məlumatlandırılıb.

Təhsil nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 19 may 2011-ci il tarixli, 856 nömrəli əmrinin icrası ilə bağlı “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib.
2010-2011-ci dərs ilinin yay imtahan sessiyası dövründə “Qaynar xətt” xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən 46 müraciət qəbul edilib. Onlardan 19-u dövlət, 9-u özəl ali təhsil, 3-ü xarici ölkələrin ali məktəbləri, 14-ü orta ixtisas təhsili müəssisələri ilə əlaqədar olub. Belə müraciətlər ali məktəblərdə Boloniya sisteminin tətbiqi, semestr imtahanlarının test üsulu ilə aparılması, pedaqoji və istehsalat təcrübəsinin təşkili, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsil haqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər mövzuları əhatə edib.

İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala, Şəki, Quba, Gəncə filialları, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Turizm Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq qurumlarının əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub.

Özəl ali təhsil müəssisələrindən daxil olan müraciətlər Təfəkkür Universiteti (2), Odlar Yurdu Universiteti (2), Qafqaz Universiteti (1), İctimai-Siyasi Universitet(1), Avrasiya Universiteti (1) və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (2) ilə əlaqədar olub. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsində yaranmış problemlərlə əlaqədar şikayətlər öz əksini tapıb.

Orta ixtisas təhsil müəssisələri ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Kolleci, Şəki Pedaqoji Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kolleci, Qazax Dövlət Sosial İqtisadi Kolleci və Gəncə Musiqi Kollecindən müraciətlər daxil olub. Müraciətlərdə tələbələrin təqaüdlərinin gecikdirilməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin - diplomların gecikdirilməsi barədə şikayətlər əks olunub. Həmin müraciətlər araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb.






8 İyul, 2011  14:40 Baxılıb: 836 Çap

Bu bölmədə

16 Sentyabr, 2019
Sabahın HAVASI
16 Sentyabr, 2019
İlk dərs günüdür

XƏBƏR LENTİ

16 Sentyabr, 2019  16:16

16 Sentyabr, 2019  16:07


16 Sentyabr, 2019  15:40

16 Sentyabr, 2019  13:48



16 Sentyabr, 2019  10:34

16 Sentyabr, 2019  09:43

16 Sentyabr, 2019  09:39

16 Sentyabr, 2019  09:32


14 Sentyabr, 2019  13:39

14 Sentyabr, 2019  13:27


14 Sentyabr, 2019  12:43


14 Sentyabr, 2019  11:56


14 Sentyabr, 2019  11:29

14 Sentyabr, 2019  11:00


14 Sentyabr, 2019  10:06


14 Sentyabr, 2019  10:01

13 Sentyabr, 2019  17:32

13 Sentyabr, 2019  16:00

13 Sentyabr, 2019  15:53


13 Sentyabr, 2019  10:27


13 Sentyabr, 2019  09:50

13 Sentyabr, 2019  09:47

13 Sentyabr, 2019  09:39




12 Sentyabr, 2019  15:49




12 Sentyabr, 2019  12:17

12 Sentyabr, 2019  11:49

12 Sentyabr, 2019  11:26


12 Sentyabr, 2019  10:27


12 Sentyabr, 2019  10:18

12 Sentyabr, 2019  09:51

sagbanner