Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TELMAN İSMAYILOVUN MAŞINI VƏ NAÇARYANIN VƏTƏN SEVGİSİ

Bizimki 1 milyonu dörd təkərə xərcləyir, onlarınkı, küçələrdən pul yığıb Şuşanı Şuşi edir

Azərbaycanlılar hələ ki, ermənilərə uduzur. Nə qədər ki, işğalda olan torpaqlar düşmən tapdağından azad edilməyib məğlubiyyətimizin sonu olmayacaq. 

Anlaşılandı. Qarabağ probleminin həlli xarici güclərin iradəsindən asılıdır. Hər iki ölkənin xalqı burda az rol oynayır. Amma xalqların çox və danılmaz rol oynadığı situasiyalar da mövcuddur ki, bu istiqamətdə ermənilər azərbaycanlılardan üstündür.

Bizdə laqeydlik ənənə halını alıb. Sonuncu faktdan danışaq. İyulun 5-də Bakıda dünya azərbaycanlılarının 3-cü qurultayı keçirildi. Qurultayda Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək dedi ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bu gün qarşıda duran ən vacib məsələlərdən biridir: “İrəvan anlamlıdır ki, Azərbaycanın potensialı Ermənistanın imkanları ilə müqayisə edilə bilməz. Azərbaycanın iqtisadi potensialı Ermənistanın iqtisadi potensialından 10 dəfə çoxdur. Azərbaycanla rəqabət Ermənistanın gücü deyil. Təkcə Azərbaycanın hərbi xərcləri Ermənistan büdcəsindən 50 faiz çoxdur”.

Əla. Azərbaycanın iqtisadi potensialının Ermənistanın iqtisadi potensialından 10 dəfə çox olması sevindirici haldır. Bəs Azərbaycan insanının torpaqlarına sevgi potensialı nə qədərdir?

Qayıdaq qurultaya. Tanınmış milyarder Telman İsmayılov qurultaya 1 milyonluq maşınla gəldi. Onun qazancının Azərbaycan iqtisadiyyatına dəxli yoxdu. Amma onun Vətən sevgisinin Azərbaycan torpağına dəxli var. Ermənilərin dünyanın küçələrinə düşüb iyanələr toplayaraq Şuşanı erməni şəhərinə, Qarabağı Ermənistan diyarına çevirdiyi bir vaxtda bu iyrənc təbliğatı dayandırmaq üçün 1 milyon manata hansı işləri görmək olmazdı... Bizim həmvətənimizin 1 milyonluq maşını var, onların həmvətənlərinin isə işğal etdikləri torpaqları erməniləşdirmək üçün xalqlarına sevgiləri. Sevgi üstündür, pul?

Azərbaycan mətbuatından oxuyuruq: ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında Azərbaycan tarixinin izlərini silməyə başlayıblar. Onlar hər il öz ənənəvi əməllərinə sadiq qalaraq, İşğal atında olan Şuşada təmir işləri aparırlar. Şuşanı adını dəyişdirərək, “Şuşi” ediblər.


Ermənilər bizə məxsus olan Şuşadakı mədəniyyət evinin təmirinə 130 min dollar yığıblar.

"Ayastan" ümumerməni fondunun Kanadanın Toronto şəhərindəki filialı Ermənistanın 20 illik müstəqilliyi münasibəti ilə banket keçirib. Banketin məqsədi ianə toplamaq olub.

Ermənistan mətbuatına yaydığı məlumata görə, mərasimdə 400-dən artıq xeyriyyəçi iştirak edib. Toplanan pul Azərbaycanın tarixi torpağı olan Şuşada Mədəniyyət Evinin təmirinə sərf olunacaq.

Fondun filalının rəhbərinin müavini U.Nacaryan mədəniyyət evinin bərpasının vacibliyindən danışıb. Gecənin sonunda 130 min dolar toplanılıb. Adının açıqlanmasını istəməyən daha bir nəfər isə 300 min dollar bağışlayıb. Bu vəsait isə İrəvandakı xəstəxana və qocalar evlərinin təmiri proqramına yönləndiriləcək.

Utancvericidi. Bizim İsmayılovun 1 milyonluq maşını var, onların Naçaryanının iyanə toplamaq üçün uzatmağa əli.

Aynurə Həsənova






7 İyul, 2011  16:45 Baxılıb: 4765 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
30 İyul, 2020  10:12



28 İyul, 2020  10:55





24 İyul, 2020  14:57




23 İyul, 2020  17:42



23 İyul, 2020  14:52



23 İyul, 2020  09:12

23 İyul, 2020  09:07










22 İyul, 2020  10:17

21 İyul, 2020  16:43







21 İyul, 2020  10:06













sagbanner