Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ARDNŞ məlumat yaydı

Şirkət Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının birgə işlənilməsi və neft hasilatının pay bölgüsündə də payını artırıb

Bu günlərdə Türkiyədə “SOCAR-TURCAS” Birgə Müəssisəsinin həmtəsisçilərindən olan “Aksoy” şirkətinin 23,98 faizlik hissəsinin ARDNŞ tərəfindən alınması barədə saziş imzalanıb. Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda bu əməliyyatla bağlı Türkiyənin rəsmi orqanlarında müvafiq sənədləşmə işləri aparılır. 


Sazişin imzalanmasına qədər ARDNŞ “SOCAR-TURCAS” Birgə Müəssisəsində 51 faizlik payla nəzarət-səhm paketinə sahib olub. İndi isə həmin Birgə Müəssisədə ARDNŞ-nin aktivləri böyüyərək 74,98 faizə çatıb.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında ARDNŞ ilə “Amoko Kaspian Si Petroleum Limited”, “Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited”, “Delta Nimir Xəzər Limited”,” Den norske stats olyeselskap a.s.”, “LUKoyl” Səhmdar Cəmiyyəti, “MakDermott Azərbaycan İnk.”, “Pennzoyl Kaspian Korporeyşn”, “Remko Xəzər Enerci Limited”, “Türkiye Petrolleri A.O.”, “Yunokal Xəzər Ltd” arasında Saziş”ə Birinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun təsdiq edilibr. Bu isə ARDNŞ-ə sazişdə “Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin payından 1,6461 faizlik hissənin alınmasına imkan yaradıb.


Qeyd edək ki, bu uğurlu kommersiya əməliyyatları ARDNŞ-nin iştirakı ilə ölkə daxilində və xaricdə aparılan neft-qaz layihələrinin perspektivlərinin şirkət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Göstərilən payların alınması Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq, ARDNŞ-nin iştirakı ilə həyata keçirilən layihələrdə onun aktivlərinin və mənfəət payının artmasına imkan yaradacaq.






6 İyul, 2011  19:13 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2022  17:39

24 Noyabr, 2022  12:09



23 Noyabr, 2022  13:57


23 Noyabr, 2022  12:21

23 Noyabr, 2022  12:19

23 Noyabr, 2022  12:17



22 Noyabr, 2022  17:44

22 Noyabr, 2022  16:42



22 Noyabr, 2022  14:56


22 Noyabr, 2022  13:34

22 Noyabr, 2022  12:24
















21 Noyabr, 2022  13:13

21 Noyabr, 2022  12:17








18 Noyabr, 2022  15:12

18 Noyabr, 2022  14:01

18 Noyabr, 2022  14:00


18 Noyabr, 2022  11:58

18 Noyabr, 2022  11:55


sagbanner