Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MOSKVA DÖVLƏT UNİVERSİTETİ TƏLƏBƏ QƏBULU ELAN ETDİ

Abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2011/2012-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə ödənişsiz əsaslarla (bakalavr pilləsi, rus bölməsi) tələbə qəbulu elan edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, tələbə qəbulu aşağıdakı fənlər üzrə aparılır: 

1. Filologiya – 25 yer (rus və roman-german filologiyası)

a) rus filologiyası

b) ingilis filologiyası

c) italyan filologiyası

2. Tətbiqi riyaziyyat - 25 yer

3. Kimya - 25 yer.

4. Psixologiya – 25 yer

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Qəbul imtahanları aşağıdakı qaydada aparılacaq:

1. Filologiya fakültəsi:

a) rus filologiyası:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)

b) roman-german filologiyası:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)
xarici dil (yazılı)

2. Kimya fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)
kimya (yazılı)

3. Tətbiqi riyaziyyat fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)

4. Psixologiya fakültəsi:
rus dili (yazılı, ifadə)
biologiya (yazılı)

Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. TQDK-nın «ödəmə kartı»
2. Orta təhsil haqqında sənəd (attestat, əsli)
3. Şəxsiyyət vəsiqəsi
4. 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil

Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.
MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər. Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur.

Tədris əsasən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda M.V.Lomonosov adına MDU-da təhsil almaq imkanı əldə edəcəklər. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim ediləcək. Sənədlər 6-25 iyul 2011-ci il tarixlərində saat 9.00-dan 18.00-dək qəbul olunacaq. Qəbul imtahanları 26 iyul – 01 avqust 2011-ci il tarixlərində keçiriləcək.






6 İyul, 2011  03:37 Baxılıb: 3739 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner