Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

Jurnalist milli təhlükəsizliyi qorumalıdır?

«Yeni Media Azərbaycanın milli təhlükəsizliyi üçün təhlükə mənbəyi ola bilər».

Bu fikir iyulun 4-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində müzakirə edilən məsələlərdən biri olub. Mərkəzdə «Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid» mövzusunda dəyirmi masa keçirilib.

MEDİA – MİLLİ TƏHLÜKƏSİZLİYİN SİMVOLU

Tədbirdə çıxış edən «APA» İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızının fikrincə, sosial media sferasında ölkənin milli təhlükəsizliyi problemi var:

«Bizim yeni mediada milli təhlükəsizliyimizin də qorunması məsələsi var. Bu, çox ciddi məsələdir. İstənilən ölkənin media qurumları onun informasiya təhlükəsizliyi və milli təhlükəsizliyinin qorunmasında əsas atributlardan biridir. İnandırım sizi ki, bir çox hallarda hətta ordu qədər əsas atributdurlar. Amma bu dəqiqə nəinki biz, hətta dünya tapa bilmir milli təhlükəsizliyin qorunmasını».

YENİ MEDİA MƏSULİYYƏTSİZDİR?

«Antenn» Teleradio Şirkətinin prezidenti Rüstəm Əliyev isə deyib ki, televiziya və radio yayımı üçün lisenziyanın verilməsi onları məsuliyyətli edir, yeni media, sosial şəbəkələr isə heç bir qanunla tənzimlənmir:

Rüstəm Əliyev
«Azərbaycan Respublikasında istənilən adam bloq, sosial şəbəkədə özünə qrup yarada bilir. İnternet bazasında radio, televiziya yarada bilir. Heç bir məsuliyyət də daşımadan danışır. Ənənəvi televiziyada, radioda çox böyük məsuliyyət var. Bunun hüquqi tərəfi var, qanunvericilik var, məhkəmə var. Çox böyük problemlər yarada bilər, həm cəmiyyətdə, həm də Azərbaycan dövlətinin beynəlxalq arenada imicinə».

«MƏN DÖVLƏT SİRRİ BİLMİRƏM Kİ...»

Aktiv sosial media iştirakçılarından olan Üzeyir Məmmədli deyir ki, hər hansı mövzunu «Facebook», «Twitter», sosial media vasitələrində müzakirəyə çıxarmaqda, istənilən informasiyanı paylaşmaqda özünə məhdudiyyət qoymur. O hesab edir ki, onun sosial şəbəkə istifadəçisi olaraq milli təhlükəsizliyə hər hansı ziyanı da dəymir:

«Mən hansısa dövlət əhəmiyyətli sirləri bilmirəm ki, onları da paylaşım. Sənin məlumat ola bilər ki, kimisi təhqir eləsin və ya başqa formada böhtan olsun, bunlar hamısı qanunla tənzimlənməlidir. Qanun varsa, qanunla danışmaq lazımdır».

MİLLİ TƏHLÜKƏSİZLİK = MƏNƏVİ TƏHLÜKƏSİZLİK

Azər Qərib
«AzRu» rusdilli internet televiziyasının rəhbəri Azər Qərib isə hesab edir ki, təkcə hərbi, dövlət əhəmiyyətli məsələlər milli təhlükəsizlik anlayışını ehtiva etmir. Həm də milli dəyərlərə yad informasiyaların paylaşması ölkənin milli təhlükəsizliyinə ziddir:

«Milli təhlükəsizlik deyəndə, biz yalnız hərbi, ya siyasi təhlükəsizliyi nəzərdə tutmamalıyıq. Biz həm də mənəvi təhlükəsizliyi qorumalıyıq. Bir çox media qurumları xarici qrantlarla işləyirlər. Mən siyasətə toxunmaq istəmirəm. Xarici qurumların məqsədləri yalnız siyasi motivlərlə məhdudlaşmır. Məqsəd həm də bizə yad olan mənəvi dəyərlərini burada yeritməkdir. «Eurovision»u biz udandan sonra xaricdə yazdılar ki, Azərbaycanda mavilərin hüquqları pozulur, dərhal burda qey saytı yaradıldı. Başlandı ki, yox, burda belə deyil, biz onların hüquqlarını tapdalamırıq».

«BUNUN ÜÇÜN XÜSUSİ DÖVLƏT QURUMLARI VAR»

Azərbaycan Media Mərkəzinin eksperti Seymur Kazımov isə yeni medianın Azərbaycanın milli təhlükəsizliyinə ziyanlı olması fikrini qəbul etmir:

«Ümumiyyətlə, çox pis bir tendensiya var. Jurnalistə hər şeyi yükləyirlər. Onu da yükləyirlər ki, gəl, bir bizim milli təhlükəsizliyimizi də qoru. Düşünürəm ki, bunun üçün xüsusi dövlət qurumları var. Hərə öz işiylə məşğul olsa, daha yaxşı olar».

azadliq.org






5 İyul, 2011  19:36 Baxılıb: 1791 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner