Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əvvəllər Azərbayacandan gedirdilər, indi qayıdırlar

Səlim Müslümov statistikanı açıqlayıb

İndiyə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) avtomatlaşdırılmış fərdi uçot sistemində 11 min 260 nəfər xarici ölkə vətəndaşına sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Simsar.az-ın verdiyi məlumata görə, bunu DSMF sədri Səlim MüslümovYeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində söyləyib. 

Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən üstünlük təşkil edir.

Səlim Müslümov bildirib ki, bir çox səbəblərdən iqtisadiyyatda böhranın yaşandığı 1990-1994-cü illərdə Azərbaycandan gedənlərin sayı 342,3 min nəfər, ölkəyə gələnlərin sayı isə 211,2 min nəfər olub. Yəni emiqrasiyanın immiqrasiyadan artıq olan hissəsi 130,8 min nəfər təşkil edib. İqtisadi geriləmənin dayandırıldığı və inkişafın tədricən reallaşdırıldığı 1995-1999-cu illərdə ölkədən gedənlərin sayı 64,5 min nəfər, ölkəyə gələnlərin sayı isə 29,7 min nəfər olub və emiqrasiya artıqlığı 34,8 min nəfərə enib. Sürətli iqtisadi inkişafın tədricən təmin olunduğu 2000-2004-cü illərdə ölkədən gedənlərin sayı 28,1 min nəfər, ölkəyə gələnlərin sayı isə 13,1 min nəfər olmaqla, emiqrasiya artıqlığı 15 min nəfər qeydə alınıb. İqtisadiyyatın sürətlə inkişaf etdiyi 2005-2009-cu illərdə ölkədən gedənlərin sayı 12,5 min nəfər, ölkəyə gələnlərin sayı isə 12,1 min nəfər olmaqla, emiqrasiya fərqi 4 yüz nəfərədək azalıb. Ayrılıqda götürüldükdə isə 2008-2009-cu illərdə 2 min nəfərlik immiqrasiya artıqlığı qeydə alınıb. Yəni həmin illərdə Azərbaycana gələnlərin sayı gedənləri üstələməyə başlayıb.






5 İyul, 2011  15:56 Baxılıb: 1117 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner