Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"“Wikileaks” Qarabağdan yazdı

Metyu Brayza: "Serg Sarkisyan çox böyük risqə gedir" 

ABŞ Dövlət departamentinin məxfi sənədlərini dərc edən “Wikileaks” saytı növbəti dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat yayıb. Simsar.az-ın məlumatına görə, “Wikileaks” saytının yayımladığı xəbərdə bildirilib ki, Ankara və Vaşinqton 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün ciddi ümidlər əldə edib. İki dövlət hesab edib ki, Dağlıq Qarabağ probleminin həlli üçün qısa müddətdə açar tapmaq mümkün olacaq. Bu diplomatik məlumatlar Türkiyənin xarici işlər nazirinin müavini Ərtoğrul Apakanın 2008-ci ilin dekabrında Vaşinqtona səfəri zamanı olan hesabatdır. Sənəddə Apakanla ABŞ-ın dövlət katibinin müavini Daniel Frid arasında danışıqların gedişi kifayət qədər təfərrüatı ilə təqdim edilib. Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salması müzakirə edilib. Görüş çərçivəsində türk diplomatları Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin onlara danışıqların kifayət qədər müvəffəqiyyətlə keçdiyi və məsələnin həlli üçün kifayət qədər yaxşı şansların olduğunu vurğulayıblar.

Görüşdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza tərəflərə bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan prosesi irəli çəkərək çox böyük riskə gedir və İlham Əliyev onunla qarşılıqlı təsiri kifayət qədər yüksək qiymətləndirir.

Türkiyənin xarici işlər nazirinin müavini 2009-cu ilin oktyabr ayında imzalanacaq Sürix protokolları ilə bağlı deyib ki, onlar bu sənədlə bağlı Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə problemləri arasında bilavasitə əlaqələr görmürlər: “Lakin hesab edirik ki, Ermənistan və Türkiyə arasında münasibətlərdə mümkün irəliləmə Ermənistan və Azərbaycan arasında aparılanlar danışıqlara da müsbət təsir edə bilər” .






5 İyul, 2011  15:52 Baxılıb: 1143 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner