Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şahin Diniyevə vəzifə verildi

O superliqa klubuna baş məşqçi təyin olunub

Simsar.az-ın məlumatına görə, Diniyev Tehranın “Rah Ahan” klubuna baş məşqçi təyin olunub. 

Rəsmi müqavilə iyulun 8-də imzalanacaq. Xəbəri Diniyevin özü də Lent.az-a açıqlamasında təsdiqləyib. İran – Azərbaycan sərhədini yenicə keçdiyini deyən 45 yaşlı mütəxəssis artıq “Rah Ahan” rəhbərliyi ilə bütün məsələlərdə razılığa gəldiyini bildirib. O, qonşu ölkə komandasının təklifinin gözlənilməz olduğunu da söyləyib: “Əvvəlcə e-mail ünvanıma məktub, iyunun 30-da isə telefonuma zəng gəldi. Dedilər ki, əgər məktubu ciddi saymırsınızsa, klubun forma-blankı ilə rəsmi dəvət göndərək. Onlar həmin sənədi də göndərdikdən sonra iyulun 1-də öz nümayəndələrini Bakıya göndərdilər. “Rah Ahan” rəsmiləri ilə birgə Tehrana yollandıq. Klubun ofisində olarkən gördüm ki, CV-im prezidentin stolunun üstündədir. İndiyədək özümə də qaranlıq qalıb ki, onlar niyə məhz mənə üstünlük veriblər. Hər halda, danışdıq və bütün məsələlərdə razılığa gəldik”.

Diniyev bildirib ki, Tehrana iyulun 7-də yollanacaq. Həmin vaxtadək o, 2 köməkçisi və 1 qapıçılarla işləyən məşqçini müəyyənləşdirəcək. Baş məşqçinin daha bir köməkçisi isə iranlı olacaq.

Qeyd edək ki, indiyədək azərbaycanlı mütəxəssislərdən bir neçəsi İran çempionatında baş məşqçi kimi çalışsa da, heç biri yüksək liqa komandalarına rəhbərlik etməyib. Şahin Diniyevin baş məşqçi təyin olunduğu “Rah Ahan” isə ötən mövsüm İran Superliqasında 15-ci yeri tutub. Bir neçə həftə öncə bu klub yeni və daha imkanlı rəhbərliyinə qovuşub. Fars dilindən tərcüməsi “Dəmir yolları” olan “Rah Ahan” İran Nəqliyyat Nazirliyinə yaxın klubdur.






4 İyul, 2011  17:12 Baxılıb: 1354 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner