Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəhərin mərkəzində “Kitab oxuyaq” aksiyası

Polis gənclərin aksiyasına müdaxilə etməyib 

Bir qrup gənc şəhərin Nizami küçəsində “Kitab oxuyaq” adlı dinc aksiya keçirib. Müxtəlif kitablarla aksiyaya gələn gənclər şəhərdə bir çox insanların diqqətini özlərinə cəlb edə biliblər. 

Qrupun rəhbəri Seymur Həsənlinin Simsar.az saytına verdiyi məlumata görə, aksiyanın keçirilməsində məqsəd gənclərdə kitaba olan marağın artırılmasıdır: “Son illər, xüsusilə müstəqillik əldə olunduqdan sonra kitab oxumağa maraq azalıb. Marağın azalması kitabların tirajında da özünü göstərir. Cəmiyyətin inkişafının əsası onun elminin gücündədir. Elmin əsas mənbəyi isə kitabdır. Buna görə də gənclər arasında elmə, kitaba həvəs artırılmalıdır.”

Digər aksiya iştirakçısı Samir Nəbili isə gənclərin sosial təminatına toxunub: “Kitabın əsas maarifləndirici amil olduğunu hər birimiz yaxşı bilirik. Amma bir çox kitablar var ki, elə mənim özüm əldə edə bilmirəm. Bu kitablar heç bir kitabxanada yoxdur. Məhdud tirajla çıxdığından ancaq satışda olur. Elə bir qiymətə verilir ki, onu tələbə büdcəsi ilə əldə etmək qeyri-mümkün olur.”

Aksiyaya heç bir polis müdaxiləsi olmayıb və dinc şəkildə başa çatıb.

Aynurə






4 İyul, 2011  14:47 Baxılıb: 1134 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner