Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCANDA İSTİRAHƏT ETMƏK İSTƏMƏYƏN TANINMIŞLAR KİMDİR?

Onların arasında vətəndə dincəlmək istəyənlər də var

Hər il yay tətilini insanlar ya ölkə daxilində, ya da ölkədən kənarda istirahət etməyə önəm verir. Təbii ki, hər kəs istirahət etmək istədiyi məkanı büdcəsinə uyğun özü seçir. 

Simsar.az saytı tanınmışlardan yay istirahətini harada keçirəcəklərini öyrənib.

Xalq şairi Vaqif Səmədoğlu ölkə daxilində, şəxsi bağında istirahət etməyə önəm verir: Daha çox Ləhiş bağları adlanan ərazidə dincəlirəm. Yəqin bu dəfə də belə olacaq.

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev daha çox ölkədən kənarda istirahətə üstünlük verir: 1 aylıq İspaniyaya gedirəm. Hər il yay istirahətini bu ölkədə keçirirəm. Çünki, İspaniyanı çox sevirəm.

APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı istirahətini xaricdə keçirəcək : Məzuniyyət götürən kimi Türkiyəyə gedəcəm. Amma bu, müalicə tipli istirahətdir.

Bizim Yol qəzetinin baş redaktoru Bahəddin Həziyev daxili turizm və istirahəti daha çox bəyənir: İyul ayının 8-dən 13-nə qədər Antalyaya istirahət xarakterli səfərimiz nəzərdə tutulub. Ancaq mən hər il öz rayonlarımıza üz tuturam. Çünki bölgələrimizdə istirahəti daha çox bəyənirəm. Ən çox da Quba, Qəbələ və Şamaxıya gedirəm.

Simsar teatr studiyasının bəddi rəhbəri və aktyoru Pərviz Məmmədrzayev istirahətini ölkə daxilində keçirəcək: Çox güman ki, ölkə daxilində istirahət edəcəm. Əsasən Bakı və Bakı ətrafı rayonlarda istirahətə üstünlük verirəm.

Bəstəkar Aygün Səmədzadə həm ölkə daxilində, həm də ölkədən kənardan istirahətə önəm verir: Ötən il yay tətilini Londonda keçirtmişəm, avqust ayında yenə də Londona getməyi düşünürəm. Ölkəmizin bölgələrindən isə daha çox Şəkidə dincəlməyi sevirəm. Şəki ilə xüsusi bağlılığım olmasa da, oradakı karvansarayda dincəlmək mənə xüsusi zövq verir. Keçən il Qəbələdə festival keçiriləndə, oarada olmuşam və çox bəyənmişəm. Bu yaxınlarda Qusardan gəlmişəm, Qusarda, Xaçmazda da istirahət etmək yaxşı olardı.

Xalq artisti İlhamə Quliyeva bölgələrimizin gözəl olduğuna diqqət çəkərək, ölkədə istirahətin zövq veridiyini deyir: Bu yaxınlarda Qusardan gəlmişəm. Öz vətənimizdə dincəlməyə üstünlük verirəm, çünki bizim yetərincə çox gözəl və maraqlı rayonlarımız var. Düzdür xaricə də gedirəm, amma əsasən vətənimdə dincəlirəm. Bir həftədən bir rayonlarımıza gedirəm. Hazırda İsmayıllıdayam.


Aynurə Həsənova






1 İyul, 2011  20:48 Baxılıb: 1940 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner