Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“Qarabağ” sevindirdi AZAL məyus etdi-REPORTAJ

Qurban Qurbanovun komandası Avropanı silkələdi

İyunun 30-u Avropa Liqasında 2011-2012 mövsümünə start verildi. Qitənin ikinci dərəcəli klub turnirində I təsnifat mərhələsinin ilk oyunları keçirildi və Azərbaycanın iki klubu bu mərhələdən mübarizəyə qoşuldu.

Simsar.az saytı fanat.az-a istinadən məlumat verir ki, bu mərhələdə mübarizə aparan klublarımızdan biri - "Qarabağ" səfərdə meydana çıxıb. Qurban Qurbanov rəhbərlik etdiyi komanda Litvanın Qarqjday şəhərindəki eyniadlı stadionda "Banqa"nın qonağı olub.
90 dəqiqə oyuna "Qarabağ" nəzarət edib və bunun məntiqi nəticəsi olaraq 4:0 hesablı qələbə qazanıb. Hesabı 16-cı dəqiqədə Rəşad Sadiqov açıb. Topu ələ keçirən futbolçu cərimə meydançasının xaricindən uzaq küncü dəqiq nişan alıb. 33-cü dəqiqədə Vüqar Nadirov inanılmaz zərbə ilə fərqi iki topa çatdırıb. Düz 33 dəqiqə sonra - 66-cı dəqiqədə 66 - Vüqar Nadirov özünün 2-ci, "Qarabağ"ın isə 3-cü qoluna imza atıb. Matçda son nöqtəni isə Bəxtiyar Soltanov qoyub. 88-ci dəqiqədə fərqlənən futbolçu "Qarabağ"dakı debüt oyununda qol hesabını açıb.
Beləliklə, "Qarabağ" və "Baqna" arasında iyulun 7-də Bakıda keçiriləcək oyun formal xarakter daşıyacaq.


Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə "Banqa"nı 4:0 hesabı ilə darmadağın edən "Qarabağ" yerli azarkeşlərin rəğbətini qazanıb. Litvalı azarkeşlər komandalarını darmadağın edən "Qarabağ"ı matçın sonunda ayaq üstə alqışlayıb.
Qeyd edək ki, "Qarabağ"ın qollarından ikisinə Vüqar Nadirov imza atıb. Rəşad Sadiqovla Bəxtiyar Soltanov isə hərəyə bir dəfə fərqlənib.


Təəsüf ki, AZAL azərkeşlərinə sevinc yaşada bilməyib. Avropa Liqanın I təsnifat mərhələsində ilk oyununu "Minsk"I ilə keçirən Premyer Liqanın dördüncüsü istənilən nəticəni qazanmayıb.
AZAL səfər oyunu öncəsi ən azı qolsuz heç-heçəyə ümid etsə də, komandalar meydandan 1:1-lik bərabərliklə ayrılıb. Hesabı 11-ci dəqiqədə İqor Voronkov açıb. Cəmi 3 dəqiqə sonra Viktor İbekoyi AZAL-ın bərabərlik qoluna imza atsa da, təmsilçimizin bundan artığına gücü çatmayıb.


Anar






1 İyul, 2011  14:09 Baxılıb: 1460 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner