Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“MƏZUNLARIN ŞƏHADƏTNAMƏ ALMALARINDA PROBLEM YOXDUR”

Misir Mərdanov: “Attestat ala bilməyən məzunların şəhadətnamələrini almalarında heç bir problem ola bilməz”

“Buraxılış imtahanlarının nəticələrinə əsasən attestat ala bilməyən məzunlar 9 illik şəhadətnamələrini almalıdırlar. Bu sənədlərin verilməsində heç bir problem ola bilməz”.

Bunu açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Azərbaycanın bəzi orta məktəblərində attestat ala bilməyən məzunların texnikumlara sənəd vermək üçün 9 illik şəhadətnamələrini almaları ilə bağlı yaranan problemlərə münasibət bildirən nazir bu cür problemlərlə rastlaşan məzunlara ona müraciət etməyi məsləhət görüb: “Eyni zamanda 210 min adamın sənədini vermək və yazmaq problemdir. Ona görə də biz qərara almışıq ki, birinci XI siniflərin, ondan sonra IX siniflərin sənədləri verilsin. Əgər hər hansı bir problem yaransa, mənə müraciət edə bilərlər, problem dərhal həllini tapacaq”.

Tələbə Qəbulu üzə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə isə bildirib ki, Təhsil Nazirliyi yaxın vaxtlarda IX siniflər üzrə baza məlumatlarını komissiyaya təqdim edəcək. Bundan sonra attestat ala bilməyən məzunların texnikumlara sənəd verməsində heç bir problem olmayacaq: “Sənəd qəbulu bir ay davam edəcək. Əgər baza varsa, sənəd qəbulu üçün şəhadətnamələr lazım deyil”.






1 İyul, 2011  03:44 Baxılıb: 1068 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner