Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SABAHDAN PENSİYALAR ARTIR

"Artım həm 2006-cı il yanvarın 1-dək, həm də 2010-cu il yanvarın 1-dək təyin olunan pensiyaçıların hamısına şamil edilir"

Ötən il yanvarın 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğini orta hesabla 40 faiz artırmağı nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər sabahdan qüvvəyə minəcək. Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Elşən Məmmədəliyevin verdiyi məlumata görə, dəyişikliklərə əsasən 2006-cı il yanvarın 1-dək pensiya təyin olunmuş şəxslərin pensiyaları iş stajına uyğun olaraq hesablanacaq. Artım təxminən 1 milyona yaxın pensiyaçını əhatə edəcək və orta hesabla 40 faizə yaxın olacaq. 

“Artım həm 2006-cı il yanvarın 1-dək, həm də 2010-cu il yanvarın 1-dək təyin olunan pensiyaçıların hamısına şamil edilir. Hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə 85 manat məbləğində baza pensiyası əlavə olunacaq. Məsələn, 2006-cı il yanvarın 1-dən təqaüdə çıxan pensiyaçının 30 il stajı varsa bunu 1,94-ə vurur, üzərinə pensiyanın baza hissəsi olan 85 manatı gəlirik. Bu da 143 manat edir”.

E.Məmmədəliyev daha bir maraqlı məqamı qeyd edib. Belə ki, əgər vətəndaşın aldığı pensiyasının məbləği 143 manatdan yuxarıdırsa, bu vətəndaş elə əvvəlki məbləği almağa davam edəcək. Hesablama nəticəsində alınan məbləğ vətəndaşın əvvəldən adlığı pensiyadan aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq. Yenidən hesablama nəticəsində kimdə məbləğin əvvəlkindən yüksək olması məlum olarsa, dəyişiklik həmin vətəndaşlara şamil olunacaq.

“Artımların maliyyələşməsi üçün bir il ərzində təqribən 0,5 milyard dolara yaxın vəsait tələb olunacaq”, deyə şöbə rəisi qeyd edib. /anspress






30 İyun, 2011  18:40 Baxılıb: 1520 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner