Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Arşın mal alan” Belarusun ali mükafatını ala bilər

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operası Belarus dövlət mükafatına təqdim olunub.

Bu barədə Lent.az-a Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev məlumat verib. O bildirib ki, mükafatın təqdimatı bu ilin sentyabrında olacaq. Bu operanın 90 ölkədə səhnəyə qoyulduğunu və dörd film hazırlandığını qeyd edən H.Quliyev “Arşın mal alan”ın 70-dən çox dilə tərcümə olunduğunu da diqqətə çatdırıb. Azərbaycanlı rejissor isə bu əsəri 6 ölkə səhnəsində hazırlayıb və bu ölkələr arasında Azərbaycanla yanaşı, Türkiyə, Moskva, Belarus, Pekin də var: “2010-cu ildə Minskdə tamaşanı qoymuşdum və çox bəyənilmişdi. Hazırda bu tamaşa orada ən çox tamaşaçı yığan tamaşadır. Bu il Belarusda Belarus dövlət mükafatının təqdimatı olub və bu mükafata üç əsərin təqdimatı irəli sürülüb. Bu əsərlər arasında “Arşın mal alan” tamaşası da var. Düşünürəm ki, bu tamaşa hər zaman uğur qazanıb və bu mükafatı alacaq”.


H. Quliyev onu da əlavə edib ki, Çin məhz Ü.Hacıbəylinin “Arşın mal alan” operası ilə beynəlxalq festivalda iştirak edib.






29 İyun, 2011  17:50 Baxılıb: 1249 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14




sagbanner