Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Reportaj

Bir əsrdən sonra yenidən qayıdan sənət-FOTOSESSİYA

Mübariz Əkbərov: “Bu sənət bizim millətə bir hədiyyədir”

Dosye: Mübariz Əkbərov Gəncədə yaşayır. 1975-ci ildə Gəncə Pedoqoji Texnikomunun, 1985-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirib. 1997-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Əməkdar rəssamdır. 

Bədii metalişləmə üzrə rəssam Mübariz Əkbərov milli xəncərlər düzəldən yeganə ustadır. Onun əsərləri dünyanın bir sıra muzeylərində və fərdi kolleksiyalarda saxlanılır. Əsərləri Türkiyə prezidenti Abdulla Gülə, Ukraynanın keçmiş dövlət başçısı Leonid Kuçmaya, Tatarıstan prezidenti Mintimer Şaymıyevə və başqa tanınmış şəxsələrə hədiyyə edilib. “Siziyanov” filmində Qafqaz qılıncı, “Cavad xan” filmində Cavad xanın hərbi geyimi, qılıncı onun əl işləridir. 

M.Ələkbərov indiyə qədər150-dən çox xəncər düzəldib. Qafqazın ən yaxşı xəncəri də onun əl işlərindən biridir. M.Əkbərovun işləri sırasında Beybut xəncəri də var: Rəssam bu barədə belə deyir: “ Onu “Fətəli xan” və “Bir qalanın sirri” filmlərində görmüşdüm. Bu xəncər muzeylərimizdə yox idi, kinostudiyada qalmışdı. O vaxt kinostudiyaya müraciət edib həmin xəncərə baxmaq istədim , icazə vermədilər. Əvvəl özyanımdan, gördüklərimin əsasında eskizlər hazırladım, sonra şəkilini tapıb düzəltdim və dünyaya sübut etdim ki, ən yaxşı Beybut bizdədir”.

Metalişləmə dünyada nadir sənətdir. Azərbaycanda XIX əsrin axırı, XX əsrin əvvəlləri bu sahə inkişaf etməyib. Qədimdən qalan alətlər Sovet dövründə soyuq silah adı ilə Rusiyaya aparıblar. Həmin abidələr şəxsi kolleksiyalara, muzeylərə verilib. Onları geri qaytarmaqsa mümkün deyil.

“İndiyə qədər bilimirəm bu sahəyə necə həvəs yarandı, niyə gəldim? Heç bilməzdim ki, bu işin səntkarı ola bilərəm, mənim işlərim dünya muzeylərində sərgilənər. Bircə onu bilirəm ki, bu sənət bizim millətə bir hədiyyədir.”- bunu rəssam söyləyir.
M.Əkbərov rəssamlıqla bağça dövündən məşğul olduğunu deyir. Uşaqlıqdan oyuncaq xəncərlər düzəltməyi, çərkəz paltarılarını xoşlayıb. Rəssamın sözlərinə görə, ilk sərgisi ibtidai sinifdə oxuyarkən keçirilib: “İlk əsərlərim də 20 saylı məktəbin dəhlizində sərgilənib”.
İnstitutda müəllimləri əməkdar rəssam Qüdrət Məmmədov, xalq rəssamı Yusif Hüseynov, əməkdar rəssam Pavel Kuzmenko, xalçaçı rəssam Lətif Kərimov olub. Dediyinə görə, metalişləmə sənətinə hobbi kimi baxıb. Amma onun bu sahədə istedadını görən Lətif Kərimov tələbəsinə bu sahədə çalışmağı məsləhət görüb: “ Çox tələbkar adam idi. İşlərimi görəndə xoşuna gəldi. Hansı millətdən olduğumu soruşdu. Nədənsə, çoxları elə bilir ki, qılınc, xəncər düzəldən hökmən, ya dağıstanlı, ya da ləzgi olmalıdı. O vaxt Lətif müəllim mənə dedi ki, sönmək üzrə olan ocağımızın son işartısısan. Sadəcə, üfürmək lazımdı, işartı alovlansın. Ciddi məюрul ol, bu, sənə həm şöhrət, həm də pul gətirəcək”.


Azərbaycan xəncərləri ilə dünyada tanınır

M. Əkbərovun ilk dəfə 1993-ci ildə Bakıda xalq rəssamlarının da qatıldığı “Azərbaycan folkloru” müsabiqə sərgisində iştirak edib və ikinci yerə layiq görülüb. İlk fərdi sərgisi də Bakıda 1995-ci ildə düzənlənib. 1996-cı ildə Bakıda keçirilən “Dekorativ tətbiqi sənət” üzrə, 1999-cu ildə “Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunan müsabiqə sərgisinin qalibi olub. Rəssamın ilk dünya sərgisi Danimarkada təşkil olunub: “Moskvada, Londonda “Azərbaycan günləri”ndə iştirak etmişəm. Almaniyada, Türkiyədə beynəlxalq sərgilərdə olmuşam. Gəncədə, Şəkidə də fərdi sərgilərim gerçəkləşib”.
Rəssam bir sıra Azərbaycan filmlərində istifadə üçün silahlar hazırlayıb: “Amma filimlərin titrlərində adım getmir. Bircə “Cavad xan” filmində imzam var, orda da rəssam yox, silah üzrə məsləhətçi yazıblar...”
M.Əkbərov Zülfüqar qılıncı düzəltmək arzusundadır. Rəssam bu qılıncıdan dünyada demək olar ki, qalmadığını söyləyir. İkisi Azərbaycan Tarix Muzeyində saxlanılır: “Amma heç özləri də bilmirlər ki, bu Zülfüqar qılıncıdır. Bu tip qılıncı İranlılar, Türklər şəkildə profildən göründüyü kimi düzəldiblər və bu əsili deyil. Quruluşu ilk baxışdan qayçını xatırladan bu silahı indi heç kimi düzəldə bilməyib. O qılıncı hazırlayanlara çox vədlər verirlər. Nə qədər çalışmışam, alınmayıb. Qafqazda adım tanınsa belə, mən də Zülfüqar qılıncını düzəltməyə hazır deyiləm. Bunun üçün kömək lazımdır”.


...xalqın sərvətidir, amma davamçılar yoxdur

M.Əkbərov bildirir ki, tətbiqi sənətdə metalla işləmək olduqca çətindir. Böyük diqqət tələb edir, milli ornamenti bilmək xüsusilə önəmlidir. Bir iş yeddi, səkkiz aya başa gəlir.
Lakin əməkdar rəssamın emalatxanası olmadığından tələbə hazırlaşdıra bilmir: “İşlərimi evdə görürəm, ona görə də şagird yetişdirə bilmirəm. Bunun üçün mənə emalatxana lazımdı. Bu bardə nazir Əbülfəs müəllimə də demişəm, amma nə fayda...”
M.Əkbərovun əl işləri milli sərvət sayıldığından, onları xaricə aparağa, satmağa icazə yoxdur. Yalnız Azərbaycanda sata bilər, amma yenə də həmin sənət əsrini alan xaricə apara bilməz”.
Əl işləri qiymətli olduğundan Azərbaycandakı sərgi salonları onları sərgiləməkdən də imtina edir. Müsahibin sözlərinə görə, xarici sərgi salonlarında belə işlərin saxlanılması üçün şüşədən xüsusi yerlər var. Bizim sərgi salonlarısa buna hazır deyil. Heç kimi məsuliyyəti üzərinə götürmək istəmir.
M.Əkbərovu xarici ölkələrə işləmək üçün dəvət edənlər olsa da razılaşmır: “Bakıda işləmək də təklifi olunub. Deyirlər gəl burda ürəyin istəyən şərait yaradaq, amma mən Bakının havasını ala bilmirəm”.
“Bu sənətə kömək lazmdır ki, itib getməsin”- deyir rəssam. “Mənim heyifim gəlir, bu sənət ölüb gedəcək. Belə işlərlə məşğul olan adamlar var. İşlərimi təqdim etdiyim sərgilərdə iştirak etməyə sanki utanırlar. Amma mən onlara kömək etməyə həmişə hazıram. Axı, bu sənəti niyə özümüz öldürək. Bu dəqiqə elə şeylər bilirəm ki, itib batır”.

Arifə Mikayılova






29 İyun, 2011  15:30 Baxılıb: 3375 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







3 Noyabr, 2018  19:22


18 Oktyabr, 2018  09:42





16 Oktyabr, 2018  17:30





16 Oktyabr, 2018  12:34


16 Oktyabr, 2018  09:40

16 Oktyabr, 2018  09:37

16 Oktyabr, 2018  09:35




13 Oktyabr, 2018  09:30





12 Oktyabr, 2018  09:21








8 Oktyabr, 2018  13:14



8 Oktyabr, 2018  09:42


8 Oktyabr, 2018  09:35




5 Oktyabr, 2018  10:10