İslam Konfransı Təşkilatının adı dəyişdirilib və artıq qurum İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılacaq
Bu barədə bu gün Astanada İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasının sədri Yerjan Kazıxanov bildirib.
Bundan başqa, o, təşkilatın yeni emblemini də təqdim edib. Emblem buna kimi İKT katibliyində təsdiq edilmişdi.