Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xarici jurnalistləri döyən sonuncunun sonu çatdı

Nazim Hüseynovun Silviya Devisi döyməsinin səbəbləri araşdırılır

Azərbaycanda amerikalı jurnalist və britaniyalı hüquq müdafiəçisini döyən sonuncu şəxs həbs edilib. Bu barədə Simsar.az-a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) bildirilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis döyməkdə şübhəli bilinən Babək rayon sakini Nazim Hüseynov iyunun 27-də saxlanılıb.

Qeyd edək ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində dörd naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon Polis İdarəsinə məlumat daxil olub.

Bununla əlaqədar həmin gün İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlərdən üçü - Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanov, Ramana qəsəbə sakini, 1993-cü il təvəllüdlü Tağızadə Adil Hüseyn oğlu və Nəsimi rayon sakini, 1989-cu il təvəllüdlü Roman Musa oğlu Həsənov tutulublar.

Əlavə edək ki, A. Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson, həmçinin ABŞ-ın nüfuzlu «Vaşinqton Post» və «Nyu-York Times» qəzetləri ilə də əməkdaşlıq edir.






28 İyun, 2011  12:31 Baxılıb: 1068 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner