Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP Kazan görüşündən razıdır

Kazan görüşü danışıqlar prosesinin növbəti mərhələsinə zəmin yaradır

Azərbaycanın hakim partiyası hesab edir ki, prezidentlərin Kazan görüşünün nəticəsi danışıqlar prosesinin növbəti mərhələsinə zəmin yaradır.

"Kazan görüşü danışıqlar prosesinin növbəti mərhələsinə zəmin yaradır və növbəti mərhələ üçün əhəmiyyətli görüş olub, bu görüşün əks-sədası növbəti mərhələlərdə özünü göstərəcək. Hesab edirəm ki, Kazan görüşü müəyyən nəticə ilə yekunlaşıb", - bunu şənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

Qurbanlının sözlərinə görə, görüşdə prezidentlərin qəbul etdiyi bəyanatda da xüsusi olaraq vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsipləri layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişi nəzərdən keçirilib.

"Münaqişənin həlli üzrə müəyyən olunmuş əsas prinsiplərlə bağlı bir daha ətraflı müzakirələr aparılıb. Təbii ki, bu münaqişə ilə əlaqədar Azərbaycanın mövqeyi qətidir. Azərbaycan öz ərazi bütövlüyü ilə bağlı heç bir güzəştə getməyəcək. Prezidient İlham Əliyev danışıqlardan əvvəl "Evronews" kanalına müsahibəsində bunu bir daha bəyan edib", - Qurbanlı əlavə edib.

YAP rəsmisinin fikrincə, Kazan görüşünün nəticəsi odur ki, birincisi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları daha ciddi, daha açıq mövqe ortaya qoyublar.

"Kazan görüşündən öncə ABŞ Prezidenti Barak Obamanın Prezident İlham Əliyevə telefon açması, Fransa Prezidenti Sarkozinin bununla bağlı açıqladığı mövqe bir daha göstərir ki, erməniləri himayə edən dairələr bu münaqişənin həll edilməsində maraq göstərir. Xüsusilə, Ermənistanla "bacı" olan Fransa öz "bacı"sının pis vəziyyətə düşdüyünü görərək, onu xilas etmək üçün münaqişəni nəyin bahasına olursa-olsun həll etmək istəyir. Kazan görüşü Azərbaycan prezidentinin qətiyyətli və praqmatik siyasətini aktiv şəkildə nümayiş etdirdi. Bir daha göstərdi ki, Azərbaycan Prezidenti hansısa təzyiq altında, böyük dövlətlərin dedikləri fikirlərlə Azərbaycanın maraqlarına uyğun olmayan sənədə imza atmayacaq. Aparılan danışıqlar, görüş ərəfəsində söylənilən fikirlər onu deməyə əsas verir ki, Kazanda bəziləri düşünürdülər ki, hər şey Ermənistanın istəyinə uyğun baş verəcək. Ermənistanın istəyi isə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Ona görə də Azərbaycan tərəfi ona heç zaman imza ata bilməz. Azərbaycanın mövqeyi ədalətlidir. Hesab edirəm ki, Kazan görüşündə Prezident İlham Əliyev diplomatik, mənəvi və şəxsi üstünlüyünü bir daha nümayiş etdirdi. Yəni Ermənistan tərəfinin bu münaqişədə tamamilə bir alət rolunda iştirak etdiyi və Sarkisyanın mənasız və beynəlxalq münasibətlər sistemində danışıqlar prosesində hansısa bir yenilik ortaya qoymağa qadir olmayan zəif bir fiqur olduğunu göstərdi", - YAP rəsmisi bildirib.

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan cümə günü Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.

"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək", - bəyanatda bildirilir.

"Görüş iştirakçıları əsas prinsiplər layihəsinin təsdiq olunması məqsədilə aparılan işin gedişinə nəzər salıblar", - sənəddə qeyd olunur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.






25 İyun, 2011  16:25 Baxılıb: 1085 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner