Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NATO haker hücumuna məruz qalıb

Hakerlər tərəfindən ələ keçirilən verilənlər bazasında hər hansı məxfi hərbi və ya dövlət informasiyası olmayıb

NATO saytının operatorları bu gün “e-Bookshop” xidməti abunəçilərini hakerlərin verilənlər bazasına qeyri-qanuni giriş əldə etdiyi və xidmətin müştəriləri haqqında informasiya əldə etdikləri barəsində xəbərdarlıq edib. 
NATO-dan “e-Bookshop” xidmətinin şəxsi İT platformada işlədiyini və hərbi ittifaq informasiyasının əsas massivləri ilə əlaqəli olmadığını bildiriblər. Hakerlər tərəfindən ələ keçirilən verilənlər bazasında hər hansı məxfi hərbi və ya dövlət informasiyası olmayıb.
Hal-hazırda “e-BookShop” bütün istifadəçilər üçün bağlanıb və yaxın vaxtlarda qeydiyyatda olmuş istifadəçilər sistemlə iş üçün şifrənin dəyişdirilməsinin labüd olduğu haqqında email vasitəsilə xəbərdarlıq almağa başlayacaqlar. "Bizim araşdırmamız istifadəçinin şəxsi məlumatlarının (ad, şifrə, ünvan və email) ələ keçirilmə faktını təsdiq edib. Hakerlər nəşr sifariş etmiş və ya “e-Bookshop” xidmətinə abunə olmuş insanlar haqqında informasiyanı əldə ediblər. Əgər siz digər veb-platformalar üçün eyni şifrələrdən istifadə edirsinizsə, təcili qeydiyyat üçün rekvizitləri dəyişməyi məsləhət görürük" - NATO-nun bəyanatında bildirilib.
Bu ayın əvvəlində NATO üzv ölkələri İT-resursların “Anonymous” haker qruplaşmasının hücumları üçün hədəf ola biləcəyi barəsində xəbərdar ediliblər. Belə ki, hələ bu qrup “e-BookShop” xidmətini qırmaq məsuliyyətini öz üzərinə götürməyib.






25 İyun, 2011  15:30 Baxılıb: 1247 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner