Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abituriyentlərin sənəd qəbulu asanlaşdırılıb

Bu il orta məktəbi bitirib ali məktəb imtahanlarında iştirak etmək istəyən məzunların sayı 63150 nəfərdir.

Simsar.az-ın verdiyi məlumata görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, həmin məzunlar attestat qiymətlərini aldıqdan sonra yerlərdə yaradılmış sənəd qəbulu komissiyalarına getməli və attestatlarını təsdiq etdikdən sonra imtahana buraxılış vərəqlərini çap etdirib götürməli idilər. İndi bu prosedura ehtiyac qalmayacaq. Məzunların əksəriyyəti bu prosedurdan istifadə etməli olmayacaq: “Çünki Təhsil Nazirliyi bu axşam bizə məzun bazasını təqdim edəcəyini söz verib. Məzun bazasında attestat qiymətləri yer alıb. Ona görə orta məktəbi bitirən abituriyentlərin böyük əksəriyyətinin elektron ərizələrini təsdiq edib və imtahan vərəqlərini çap etdirib götürməkdən ötrü sənəd qəbulu komissiyalarına getməsinə ehtiyac olmayacaq. Elektron ərizələrə daxil olub attestat qiymətlərini ora daxil edəcəklər. TQDK da bunların həqiqətə uyğun olub olmayacağını yoxlayacaq. Bundan sonra abituriyentlər elektron formada imtahana buraxılış vərəqələrini götürə biləcəklər”.


M. Abbaszadə qeyd edib ki, indiyədək aparılan yoxlamalar builki 63150 abituriyentdən 57 mininin sənəd qəbulu komissiyasına getməsinə ehtiyac qalmayacağını göstərib. Çünki həmin abituriyentlərin sənədlərində hər hansı bir problem yoxdur. Ancaq 4400 məzun elektron ərizəsində şagird kodunu göstərməyib. Ona görə də onların sənəd qəbulu komissiyalarına getmələri, attestat qiymətlərini təsdiq etdirmələri lazımdır. Yalnız bundan sonra onlar imtahana buraxılış vərəqələrini götürə biləcəklər. 860 abituriyentin isə elektron ərizəsində məlumatlar səhv göstərilib. Bu səbəbdən onların da sənəd qəbulu komissiyalarına getmələri zəruri olacaq.






24 İyun, 2011  17:19 Baxılıb: 1093 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner