Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Pensiyalar yenidən hesablanır

Xüsusi komissiya yaradılıb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin olunmasını nəzərdə tutan əlavə və dəyişiklikləri təsdiq edib. Dövlət Sosial Müdafiə Fondu (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qanundan irəli gələn vəzifələrin bölgələrdə vaxtında həyata keçirilməsi, bu sahədə şəffaflığın tam təmin olunması, əhalinin müraciətlərinin operativ şəkildə cavablandırılmasını təşkil etmək məqsədilə DSMF regional müşavirələrin keçirilməsinə start verib.

İlk belə müşavirə Ağdam rayonunda keçirilib. Müşavirədə DSMF sədri Səlim Müslümov, Fondun digər rəhbər şəxsləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, Fondun Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Tərtər, Laçın, Yevlax və Xocavənd rayon şöbələrinin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov deyib ki, 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin olunmasını nəzərdə tutan növbəti islahat tədbiri əmək pensiyaçılarının maddi təminatının yaxşılaşdırılmasına xidmət edir. O qeyd edib ki, pensiya artımlarının əhaliyə çatdırılmasını vaxtında təmin etmək üçün Fond tərəfindən hazırlıq tədbirləri həyata keçirilir. Yenidən hesablama bu il yanvarın 1-dək mövcud olan bütün pensiya işlərinin hər birinə yenidən baxılmasını tələb edir. Bu da Azərbaycanın pensiya tarixində hazıradək analoqu olmayan bir tədbirdir və görüləcək iş çox böyük texniki həcmə malikdir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez yekunlaşmasını hədəf seçib və Fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu işin icrasına böyük təkan verəcək.

Səlim Müslümov bildirib ki, artıq pensiyaların yenidən hesablanmasını yüksək səviyyədə icra etmək məqsədilə xüsusi komissiya yaradılıb və komissiyanın gərgin əməyi sayəsində qısa müddət ərzində Bakının rayonları, Abşeron rayonu və Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi başa çatıb. Hazırda ölkənin digər rayonlarında yaşayan pensiyaçılar üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi həyata keçirilməkdədir. Burada əsas məqsəd DSMF-nin avtomatlaşdırılmış bazasında pensiyaçılar haqqında olan məlumatların kağız daşıyıcılarında (mərkəzləşdirilmiş arxivdəki pensiya işlərilə) olan məlumatlarla tutuşdurulmasıdır.

DSMF sədri şöbə müdirlərinə əhalinin bu istiqamətdə olan hər hansı müraciətinin diqqətlə araşdırılması barədə ciddi tapşırıqlar verib. O vurğulayıb ki, hər bir şöbə üzrə vətəndaşların ərizə və şikayətlərinə ən qısa müddətdə baxılmalı, ərizələr diqqətlə araşdırılmalı, şöbələrin rəhbərliyi tərəfindən vətəndaşlar məhdudiyyətsiz qəbul olunmalı və bütün müraciətlər üzrə təcili tədbirlərin görülməsi təmin olunmalıdır. O, belə müşavirələrin digər bölgələrdə də keçiriləcəyini nəzərə çatdırıb.

Müşavirədə digər çıxışlardan sonra əhalinin nəzərdə tutulan artımlarla bağlı yerlərdə məlumatlandırılması, mümkün narahatlıqların vaxtında qarşısının alınması üçün əhali ilə işin daha da gücləndirilməsi barədə müvafiq qərarlar qəbul edilib.






23 İyun, 2011  19:26 Baxılıb: 1327 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner