Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qəbələdə musiqi bayramı

III Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycanın Qəbələ şəhərində III Beynəlxalq Musiqi Festivalı və Pianoçuların Beynəlxalq müsabiqəsi keçiriləcək. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti, eyni zamanda festivalın musiqi direktorlarından biri Fərhad Bədəlbəyli APA-ya açıqlamasında bildirib ki, builki festival ötən ilkilərdən həm iştirakçı sayına, həm də əhatə dairəsinə görə fərqlənəcək. 


F. Bədəlbəyli vurğulayıb ki, festival çərçivəsində iyulun 15-dən 22-nə kimi Qəbələdə Pianoçuların Beynəlxalq müsabiqəsi baş tutacaq və bu müsabiqədə dünyanın 30-dan artıq ölkəsindən gənc pianoçular yarışacaqlar. BMA rektoru qeyd edib ki, bu müsabiqənin qalibinə 30 min dollar pul mükafatı nəzərdə tutulur: “Dünyanın müxtəlif yerlərindən 30-35 pianoçu Qəbələyə gələcək. Eyni zamanda müsabiqənin qalibi London Kral Filarmonik Simfonik Orkestrlə birgə konsert vermək şansı qazanacaq. Bu hər bir gənc pianoçunun böyük arzusudur. Ona görə də rəqabət çox ciddi olacaq”.


Bu müsabiqədə Azərbaycanın hansı pianoçu ilə təmsil olunacağına gəlincə F.Bədəlbəyli təəssüflə qeyd edib ki, müsabiqədə Azərbaycan təmsil olunmayacaq: “Çox əfsuslar olsun ki, bizim pianoçularımız passiv oldular. Bilmirəm, bəlkə də bir az ehtiyatlandılar, çünki müsabiqəyə Çin və Rusiyadan bir neçə müsabiqələrin laureatları və qalibləri də qatılacaqlar. Bizim gənc pianoçularımız ancaq master-klasslarda iştirak edəcəklər”.

Beynəlxalq müsabiqənin münsiflər heyətində İtaliya və İspaniyadan da tanınmış professorlar iştirak edəcək. Tanınmış münsiflər heyətinin iştirakı ilə master-klasslar keçiriləcək.


Festivalın proqramının çox zəngin və maraqlı tərtib edildiyini vurğulayan F. Bədəlbəyli, konsertlərdə Ü. Hacıbəyli adına Simfonik Orkestrinin iştirak edəcəyini deyib. Eyni zamanda konsertlərdə pianoçular Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, İtaliyadan və İspaniyadan vokalçılar, azərbaycanlı ifaçılar Cavid Səmədov və Azər Rzayev də iştirak edəcək: “Festival çərçivəsində muğam və caz axşamları da keçiriləcək. Muğam axşamında elə bu yaxınlarda yekunlaşa muğam müsabiqəsinin qalibləri çıxış edəcək. Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Simfonik Orkestri, dünya şöhrətli musiqiçilər Denis Matsuyev, Boris Brizovski, çox tanınmış baritonların da bu festivalda çıxışı nəzərdə tutulur”.

F. Bədəlbəyli III Qəbələ Musiqi Festivalında İştirakçı ölkələrin sayının artığını nəzərə çatdırıb: “O səbəbdən də Heydər Əliyev Fondu Mədəniyyət və Turizm Nazirliyinə də bu işlə məşğul olmağı tapşırıb. Çünki əhatə dairəsi çox genişdir, I və II festivallarda biz özümüz yola verirdik, amma indi artıq çatdıra bilmirik. Mədəniyyət və Turizm Nazirliyi indi əsas təşkilatçıdır və viza, nəqliyyat, qarşılamaq və Qəbələyə aparmaq işini həyata keçirəcək. Bunun üçün nazirlikdə xüsusi ştat yaradıldı və rəhbər Ədalət Vəliyev təyin edilib.

Festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Festival ənənəvi olaraq hər ili yay mövsümündə Qəbələdə baş tutur.






22 İyun, 2011  19:52 Baxılıb: 1730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner