Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

SAATSAZIN VAXT DƏRSİ-FOTOSESSIYA

Usta Ağababa: “Hər kəs saat gəzdirməlidir” 

Montində, böyük saatın yerləşdiyi binanın tunelə baxan tərəfində balaca emalatxana. Divar və qol saatları əhatə olunmuş səliqəli otaq. Az qala otağın yarısını tutan pəncərənin yanındakı masanın üstünə başdan-başa saatlar düzülüb. Hər biri müxtəlif vaxtı göstərir. Adam özünü fərqli zamanda hiss edir. Vaxt getmir burda, saatlar təmirə gətirilib... 

Usta Ağabala Vahidov 30 ildən çoxdur saatsaz işləyir: “Hər kəsin bir cür hobbisi var, mənim də diqqətimi bu sahə çəkib. Uşaqlıqda saatsaz dükanının qarşısından keçəndə dayanıb baxırdım. Bu sənətə marağım o vaxtdan yarandı. İki il 12 saylı texniki peşə məktəbində oxudum. 18 yaşımdan bu işlə məşğulam. İndi 53 yaşım var”. İşlədiyi dükan yol kənarında yerləşdiyi üçün Ağabala dayı müştəri sarıdan şikayətlənmir: “Bakının müxtəlif yerlərindən, kəndlərindən, rayonlardan gəlirlər saat düzəltdirməyə. Qaradağ rayonunda, Artyomda, Şəmkirdə, Qubada da müştərilərim var. Adımız məşhurlaşıb artıq. Daha çox gənclər müraciət edir. Onlar müasir saatlar, köhnə saatlarısa köhnə adamlar gətirirlər”.

“Əvvəl – sovetin vaxtında saatlar keyfiyyətli idi” – deyir usta: “O zamanlar yoxlama, texniki nəzarət vardı. İndi bilinmir saatlar hardan gətirilir. İndi usta da qalmayıb”. Ustanın yanına eyni saatı ikinci dəfə düzəltdirməyə gələnlər də olur: “İdeal usta yoxdur. O qədər olub ki, ikinci dəfə təmirə gətiriblər. İstər-istəməz 10 saatdan heç olmasa iki-üçü “vozvrat” gəlməlidir. Bunsuz sənətin ləzzəti yoxdur”. (gülür)

“Telefonlar saatın yerini vermir”

Ağabala dayı saatlara yaxşı qulluq etməyin vacib olduğunu bildirir: “İri divar saatlarını, bir də görürsən, pis gündə gətirirlər. Saatı gətirəndə heç olmasa tozunu silərlər”. Bu peşəni hələ də öyrəndiyini söyləyən Ağabala dayı, yeni mexanizmli saatları təmir etməyin bir qədər əziyyətli olduğunu da vurğulayır: “Ehtiyat hissələri tapılmır. Düzdü, əziyyət çəkirik, ancaq çulumuzu bir təhər sudan çıxarırıq”. Usta deyir ki, bu sənətdə sevgi və səbr olarsa çətinliklərin də öhtəsindən gəlmək mümkündür: “Sənət başqa bir aləmdir. Əsas odur ki, sənəti sevəsən. Mən sevirəm peşəmi. Buna görə də belə bir çətinliyim yoxdur. Bir də bu çox diqqət tələb edən sahədir, sadəcə işə ürəklə bağalanmalısan. O zaman bütün məsələlər asanlıqla həll olunacaq”.

Söhbətin bu yerində müştəri gəlir:
- Ağsaqqal, saatımda problem var. Düzəltmək olar?
- Niyə olmur, olar!
- Qiyməti nədir?
- Gərək, saata baxım, sonra qiymətini deyim.

Ağabala dayıdan təmir qiymətinin nədən asılı olduğunu soruşuram: “ Bahalı saatların baha, ucuz saatlarınsa qiməti ucuz olur. Çox vaxt qiyməti razılıq əsasında müəyyən edirik. Allah bərəkət versin, çətindir, amma dolanırıq, pis deyil. Əməyi qiymətləndirən də, qiymətləndirməyən də var. Çox vaxt təmir qiymətini olduğundan aşağı endiməyə çalışırlar. Bununla ustanın zəhmətini öldürürlər”.

Ağabala dayının fikirincə, hər kəs saat gəzdirməlidir: “İndi telefonda izləyirlər vaxtı. Saatın yerini telefon verə bilməz. Qolda saat olmalıdır. Adamlar saatlarının qədrini bildikləri qədər vaxtlarının da dəyərini anlamalıdır. Çünki vaxt tez ötüb keçir. Saatlarsa, həmişəki kimi öz yerindədir.

Arifə Mikayılova






22 İyun, 2011  15:00 Baxılıb: 2817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner