Sabah Ucar rayonunun qaz təminatında fasilələr yaranacaq
Cari təmir işləri ilə əlaqədar sabah saat 09.00-dan 18.00-dək Ucar qazpaylayıcı stansiyasından rayonu təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, təmir müddəti ərzində Ucar şəhəri də daxil olmaqla, Gəraybəyli, Qarabörk və Rəstəcə kəndlərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.