Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SÜRÜCÜLƏRİ SEVİNDİRƏN MƏQAM

Yollardakı gizli radarlar yığışdırıldı

Prezident İlham Əliyevin ölkəmizdə korrupsiya, süründürməçilik və monopoliya halları ilə bağlı açıqlamalarından sonra ölkəmizdə bu sahədə müəyyən irəliləyişlər hiss olunur ki, onlardan biri də yollarda quraşdırılan gizli radarlarla bağlıdır.

Belə ki, artıq bu tip radarların çoxu xeyli vaxtdır ki, gözə dəymir, daha doğrusu, yığışdırılıb.

Mövzu ilə bağlı suallarımızı cavablandıran İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun üzvü Şahin Camalov dedi ki, indiyədək ölkəmizdə radarların quraşdırılması ilə bağlı çoxlu sayda qayda pozuntuları və narazılıqlar mövcud idi. Onun sözlərinə görə, əksər hallarda bununla bağlı tələb və istəklər, müraciətlər vətəndaşların əleyhinə nəticələnirdi: “Radarların yerləşdirilməsi və istifadəsinə mülki şəxslərin cəlb edilmələri, məsələyə heç aidiyyəti olmayan avtomobillərə, yola yaxın kafe və restoranların həyətinə, hətta heyvanların belinə belə quraşdırılması, təbii ki, normal hal deyildi və etirazlara səbəb olurdu. Açıq etiraf etmək lazımdır ki, bütün bu etirazlara baxmayaraq, bəzi yol polisləri bu vəziyyətdən sui-istifadə etməkdə davam edirdilər”.

Şahin Camalov Prezidentin müdaxiləsindən sonra, nəhayət, bu sahədəki çatışmazlıqların aradan qaldırıldığını dedi: “Prezidentin müdaxiləsindən sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə rüşvət alan bir neçə yol polisi əməkdaşı işdən çıxarıldı və bu, əgər belə demək mümkünsə, digər yol polislərinə nümunə oldu. Digər tərəfdən, qanuna edilən dəyişikliklərə əsasən, indi qaydanı pozan sürücülərin çoxu cəriməni birbaşa “pos-terminal” vasitəsilə ödəyir. Bütün bunların davamı olaraq yollara gizli quraşdırılan və vətəndaşların narazılığına səbəb olan radarlar da yığışdırılıb”. Şahin Cəfərovun sözlərinə görə, radarlar yığışdırılandan sonra sürücülərin bununla bağlı yaradılmış “qaynar xətt” xidmətinə (012 408-30-17, 012 408-30-27) müraciətlərinin sayı azalıb: “Hələ ki, yeganə problem yeni istifadəyə verilən yollarda sürət həddinin aşağı olmasıdır. Elə birtərəfli magistral yollar var ki, orada sürət həddi 90 müəyyənləşdirilib. Halbuki yüksək keyfiyyətlə çəkilən həmin yollara insanların və digər canlıların çıxmaq təhlükəsi yoxdur və həmin yolda avtomobilin yüksək sürətlə idarə edilməsi narahatlıq yaratmır. Ümid edək ki, bu məsələyə də baxılacaq”.

Yeni qərar verilib

Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Kamran Əliyev isə Azərbaycanda yalnız iki yolda sürəti 110-na qədər yüksəltməyin mümkün olduğunu söyləyib: “Bunlar Zığ şosesindən hava limanına qədər olan yol və Bakı dairəvi yoludur. Digər yollarda maksimal sürət saatda 60-90 km arasındadır. Yəqin ki, gələcəkdə respublika əhəmiyyətli yollarda təmir işləri tam yekunlaşandan sonra bu məsələyə yenidən baxılacaq”.

Kamran Əliyev deyib ki, sürücülər avtomobillərinin bahalığına, yüksək qoruyuculuq qabiliyyətinə, ya da yolların genişliyinə arxayın olub, sürəti aşmamalıdırlar: “Çünki statistika son model avtomobillərin də qəzadan sığortalanmadığını göstərir”.

Radarlara gəlincə, K. Əliyev artıq mülki avtomobillərdə və bu kimi başqa yerlərdə bu cihazların yığışdırıldığını təsdiqləyib: “Mülki avtomobillərdə və bu kimi başqa yerlərdə yerləşdirilmiş radarların yığışdırılmasına qərar verilib”.

“Həftənin şənbə və bazar günləri bütün ölkə boyu reydlər keçiriləcək”

DYP rəsmisi qəzalarla bağlı mütəmadi araşdırma apardıqlarını və vəziyyəti təhlil etdiklərini söyləyib: “Bəzən yaxşı vəziyyətdə olan kənd yollarında, istirahət mərkəzlərinə gedən yollarda polis əməkdaşı və ya radar olmadığına görə sürət həddi artırılır, gözlənilməz qəzalar baş verir. 2-3 nəfərin ölümü ilə nəticələnən qəzalar olur”.

“Yayın gəlməsi və istirahət mövsümünün başlaması ilə əlaqədar yol polisi bəzi tədbirlər planlaşdırır”,-deyə qeyd edən Kamran Əliyevin sözlərinə görə, istirahət mərkəzlərinə gedən və qayıdan yollarda, həmçinin həmin obyektlərin ətrafında yerləşən yollarda reydlər keçiriləcək: “Həftənin şənbə və bazar günlərində istirahət mərkəzlərinin yollarında polisin işi gücləndiriləcək və mütəmadi reydlər keçiriləcək. Bu yolla nəqliyyat vasitəsini sərxoş halda idarə edən, həmçinin sürət həddini aşan və digər formada qaydaları pozan şəxslərə qarşı müvafiq tədbirlər görüləcək”.

K. Əliyev onu da bildirib ki, reydlər bütün respublikanı əhatə edəcək və yay aylarında, istirahət mövsümü başa çatanadək keçiriləcək. Həmin ərazilərdə yol polisi gücləndirilmiş iş rejimində işləyəcək.






19 İyun, 2011  00:55 Baxılıb: 1319 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner