Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

KARTOFUN QİYMƏTİ QALXIB

Qiymət 50 qəpiyə qədər bahalaşıb

Rusiyanın Avropadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyması Azərbaycanda öz təsirini göstərməyə başlayıb. Belə ki, Masallı rayonunda kartofun qiyməti qalxıb. Bir həftə əvvəl becərdikləri kartofu dəyər-dəyməzə - uzağı 20 qəpiyə satmağa məcbur olan fermerlər indi məhsul almaq üçün Rusiyadan, Ukraynadan gəlib növbə gözləyən soyuduculara kartof çatdıra bilmirlər. 

Bu il fermerlərin bəxti hava sarıdan da gətirib. Yazda havaların yağışlı keçməsi bu sahədə məhsuldarlığın gözlənildiyindən də yüksək olmasına gətirib çıxarıb. Bu il rayon ərazisində 2250 hektar sahədə kartof əkilib. Hazırda həmin sahələrin təqribən 70 faizində yığım başa çatıb.

Masallı rayon İcra Hakimiyyətinin rəsmiləri isə bu il satış bazarının tapılmasının, məhsulun qiymətinin 2 dəfə artımının kartofçuluğun gələcəkdə inkişafına təkan verəcəyi qənaətindədir.

“İlkin mərhələdə kartof çıxarılanda problemlərimiz çox idi. Amma indi maşınlar özləri Rusiya Federasiyasından gəlib və hazırda sahələrdədir. Bircə, məhsulu şumdan çıxarıb sahənin kənarına aparmaq kifayətdir. Məhsul 35-40, 50 qəpik arasında satılır. Bu, əlbəttə istehsalçını qane edir”, - deyə Masallı rayon İcra Hakimiyyəti başçısının müavini İsa Nuriyev bildirib.






17 İyun, 2011  21:36 Baxılıb: 1455 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55