Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olub - FOTOLAR

2023-cü il Azərbaycan tarixində çox önəmli hadisələrin baş verdiyi ildir. 30 il əvvəl xalqımıza, dövlətimizə olan haqsızlıq öz yerini tapdı. Doğma Xankəndidə artıq bayrağımız dalğalanır. Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti nəticəsində, Azərbaycanın tarixi torpaqları geri qaytarıldı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və bu il aparılan antiterror əməliyyatlarından sonra fəxrlə tariximizdən danışmaq qürurumuzu da bərpa etdik. Bu gün isə keçmişimizin şərəfli tarixindən söz açacağıq. Heç təsadüfi deyil 600 il əvvəl  dövlətçilik tariximizdə mühüm yer tutan nadir şəxsiyyətlərdən biri görkəmli dövlət xadimi Uzun Həsən 1423-cü ildə, 100 il əvvəl isə Azərbaycan tarixində öz silinməz yeri olan Ümummilli Lider Heydər Əliyev 1923 -cü ildə dünyaya gəlib. Tariximiz üçün onəmli olan şəxsiyyətlərin birinin 600, digərinin isə 100 illiyi məhz bu il qeyd olunur.

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı oldu. Qeyd edək ki, bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir. 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumatlar və eksponatlar yer alıb. Sözügedən sərginin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov,  Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş, Türkiyə Respublikası Dövlət Arxivinin rəhbəri, professor Uğur Ünal, “Okhatan Neo” araşdırma və istehsalat birliyinin rəhbəri İlqar Həsənəlizadə və bir çox sənət adamları, tarixçilər iştirak ediblər.

Sərgidə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Gəncə Tarix Diyarşünaslıq Muzeyindən eksponatlar, Türkiyənin İstanbul şəhərində yerləşən Hərb muzeyindən və “Okhatan Neo” araşdırma və istehsalat birliyinin rəhbəri İlqar Həsənəlizadəyə məxsus şəxsi kolleksiyaya aid eksponatlar nümayiş etdirilib.

Sərgidə təqdim olunan eksponatlar arasında Türkiyə Hərb Muzeyindən gətirilən Uzun Həsənə aid zirehli geyim və müəllifliyi “Okhatan Neo” araşdırma və istehsalat birliyinin rəhbəri İlqar Həsənəlizadəyə məxsus şəxsi kolleksiyalar daha çox diqqət çəkib. Qeyd edək ki, İ.Həsənəlizadənin şəxsi kolleksiyasından olan Uzun Həsənin qılınc və xəncəri XV əsr texnologiyaları ilə düzəldilmiş replikalarıdır. Oxçu üzükləri isə qiymətli metal və daşlardan hazırlanmış müasir dövrün ən statuslu zərgərlik nümunələridir. Uzun Həsənin qılıncının (replika) hazırlanmasında Dəməşq poladı, gümüş, ağac, mamont dişi və dəridən istifadə olunub. Xəncər isə, “Beybud” növünə aid silahdır. Polad, gümüş, qızıl suyuna salınmış gümüş, ağac, mamont dişi, qranat, xrizopraz və firuzə daşlarından hazırlanıb. O dövrə aid türk döyüşçüsünün “Oxatan üzüyü”nun hazırlanmasında  925 əyar Sterlinq gümüşdən və müxtəlif qiymətli daşlardan istifadə olunub.

2024-cü il yanvarın 17- dək bu gözəl tarix və sənət nümunələrini Heydər Əliyev Mərkəzində görə bilərsiniz.

Simsar.az






4 Noyabr, 2023  13:05 Baxılıb: 6118 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30



19 Oktyabr, 2023  13:15







9 Oktyabr, 2023  15:26

sagbanner