Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tarix yazanları tarix yaşadır

Onlar tarixin axarını dəyişdilər. Tarix onlarla yeniləndi, 150 ildən bəri davam edən zülm onların sipər köksündə parçalanıb ayaqlar altına töküldü. Bu qisası qiyamətə buraxmadılar, qurd basan arxalı köpəklərin belini qırdılar, utana-utana, əzilə-əzilə özünə yer edəndən sonra həyasızlaşıb hər şeyə sahib çıxmaq istəyən üzsüzləri iti qovan kimi qovdular.

Biz artıq azad, müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. 2020-ci ilə qədər azadlığımız da, müstəqilliyimiz də yarımçıq idi. Biz o azadlığa, müstəqilliyə sevinə bilmirdik, çünki Qarabağımız hələ də düşmən tapdağı altında qalmışdı. Haqlı olduğumuz halda özümüzdən kiçik, özümüzdən zəif ermənilərdən torpaqlarımızı ala bilmirdik, çünki hamiləri buna imkan vermirdilər. Amma Allah o tarixi şəraiti bizə lütf etdi, biz qardaş Türkiyənin də dəstəyini alaraq bütün gücümüzü səfərbər etdik və erməniləri qarşımızda diz çökdürdük. Bu, bizim üçün yeni tarixin, yeni eranın başlanğıcı idi. Dünənə qədər bizi zəif hesab edənlər (hətta rişxənd edənlər) 44 günlük müharibədə qazandığımız o parlaq zəfərdən sonra bizə heyrətlə baxmağa başladılar. Bəli, biz dünyanın haqsız üzünə qarşı durduq, vuruşduq və haqqımızı aldıq.

Bəli, 2020-ci ilin 27 sentyabrı bizim üçün yeni bir tarixi mərhələnin başlanğıcıdır. Həmin gün ermənilərin növbəti təxribatına cavab olaraq hücuma keçən ordumuz qısa müddət ərzində kənd və şəhərlərimizi bir-birinin ardınca azad etməyə başladılar. Hər gün irəliləyən ordumuz xalqımızı illərdən bəri həsrətində olduğu zəfər sevinci ilə müjdələyirdi. Xalqımız bir yumruq kimi birləşmişdi. Yaşından, işindən asılı olmayaraq hər bir vətəndaşımız cəbhəyə getməyə, düşməndən qisas almağa can atırdı. Ancaq ordumuzun gücü düşməni diz çökdürməyə kifayət edirdi və o gün çox da uzaq deyildi. Döyüş meydanında əlindən bir şey gəlməyən, hər cür silah-sursatla dolu səngərləri qoyub qaçan ermənilər ordumuzu dayandırmaq üçün yenə də ən alçaq yollara əl atdılar, böyük dağıdıcı gücə malik raketlərlə dinc şəhərlərimizi atəşə tutdular. Gəncə, Bərdə, Tərtər şəhərləri daha çox zərər gördülər. Gəncədəki o mənzərələr, üzü-gözü qana boynamış məsum körpələr hələ də gözlərimiz önündədir.

Noyabrın 8-də çoxlarının imkansız hesab etdiyi hadisə baş verdi. Yüngül silahlarla silahlanmiş igidlərimiz sərt qayalardan dırmaşaraq Şuşaya daxil oldular və bu tarixi şəhər uğrunda ölüm-qalım savaşına girdilər. Ermənilər dəhşətə qapılmışdılar və artıq məğlub olduqlarını anlayaraq meydandan qaçırdılar. O gün biz Şuşamızı geri ala bildik. Bu elə bir zəfər idi ki, artıq düşmənin diz çökməkdən başqa çarəsi qalmamışdı. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdi və əslində, bu, düşmənə vurulan son zərbə oldu.

Noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini nümayiş etdirdi.

Acı da olsa, həqiqət budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün düyna gördü ki, Azərbaycanın gücü nədən ibarətdir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olundu.

Şəhid bir evin deyil, bir elin deyil, bütöv bir xalqındır. Şəhidlərin əmanət qoyub getdikləri ailəyə, övladlara göz bəbəyi kimi baxmaq da hər bir insanımızın vətəndaşlıq borcudur.






27 Sentyabr, 2023  11:30 Baxılıb: 7224 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner