Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Surət Hüseynov təyyarədə vəfat etdi

Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun vəfat etdiyi deyilir.

Simsar.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Gəncədə anadan olan 64 yaşlı Surət Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991), Baş nazirin müavini (1993) vəzifələrində olub. Silahlı dəstələr yaratmaqla hakimiyyəti ələ keçirməyə cəhd edən S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Ölkəni tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.  2004-cü il martın 17-də Prezident İlham Əliyevin Əfv Fərmanı ilə həbsdən azad olunub.

Bundan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.






31 İyul, 2023  14:51 Baxılıb: 9276 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner