Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Braziliya Ciu-citsu döyüş sənətinin No-Gi versiyası üzrə turnir keçirilib

Bu gün Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının razılığı, Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında Braziliya Ciu-citsu döyüş sənətinin No-Gi versiyası üzrə turnir keçirilib.

Simsar.az xəbər verir ki, turnir Xocalı faciəsi qurbanlarının və Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin xatirəsinə həsr olunub.

Yarışın əvvəlində Braziliya Ciu-Citsu idman növünün Azərbaycanda banisi, Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov açılış nitqi ilə çıxış edərək döyüşçülərə uğurlar arzulayıb.

Federasiyanın prezidenti Aqil Acalov, sədr müavinləri Anar Səfərov və Kamil Qocayev də çıxış edərək yarış haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıblar. Daha sonra həm Xocalı faciəsi zamanı həyatını itirənlərin, həm də Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışın ardıyca start verilən yarışda respublikanın müxtəlif bölgələrindən yüzə yaxın idmançı iştirak edib. Sonda  yarışın qaliblərinə medallar, diplomlar və kuboklar təqdim olunub.

Yarışda komandalar üzrə qaliblərin siyahısını təqdim edirik:

1-ci yer “Şikar Aslanov”;

2-ci yer “Hadiyev”;

3-cü yer “Xəzər”.

 






28 Fevral, 2023  15:34 Baxılıb: 2194 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









2 Fevral, 2023  15:19

2 Fevral, 2023  15:12





30 Yanvar, 2023  14:17





18 Yanvar, 2023  12:30



5 Yanvar, 2023  11:14

21 Dekabr, 2022  14:07






29 Noyabr, 2022  17:39

24 Noyabr, 2022  12:09



23 Noyabr, 2022  13:57


23 Noyabr, 2022  12:21

23 Noyabr, 2022  12:19

23 Noyabr, 2022  12:17



22 Noyabr, 2022  17:44

22 Noyabr, 2022  16:42



22 Noyabr, 2022  14:56


22 Noyabr, 2022  13:34

22 Noyabr, 2022  12:24


sagbanner