Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəmkirdə nişanlandığı deyilən 14 yaşlı qızın valideynləri polisə çağırıldı - Yenilənib

Şəmkirdə 26 yaşlı əmisi oğlu ilə nişanlanan 14 yaşlı qızın valideynləri polisə çağırılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun rəhbəri Eşqin Qasımov Yeniavaz.com-a məlumat verib.

O bildirib ki, hər iki tərəfin valideynləri polisə çağırılıb:

“Polis əməkdaşları 14 yaşlı qızın evində olub, onunla profilaktiki söhbət aparıblar. Qız ifadəsində zorla nikaha daxiletmə faktının olmamasını bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl elçilik mərasimi olub, yaxın günlərdə isə nişan olacaqmış. Həm qızın, həm də qarşı tərəfin valideynləri Şəmkir rayon Polis Şöbəsinə dəvət edilib, onlarla profilaktiki söhbət aparılıb. Onlara bildirilib ki, əgər yetkinlik yaşına çatmayan şəxs nikaha daxil olursa, bu, cinayət məsuliyyəti deməkdir. Və bu məsuliyyəti həm qızın valideynləri, həm bəy, hətta bəyin valideynləri də daşıya bilər. Ona görə bu tip əməllərdən çəkinmələri bildirilib. Faktla bağlı profilaktiki tədbirlər hələ də davam etdirilir”.

***12:38

Şəmkirdə 14 yaşlı qız 26 yaşlı əmisi oğlu ilə nişanlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

“15 yaşı hələ yanvarda tamam olacaq qızı 26 yaşlı əmisi oğluna veriblər”, - paylaşımda bildirilib.

O həmçinin qeyd edib ki, məsələ polis nəzarətinə götürülüb:

“Hazırda DİN Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun rəhbəri Eşqin Qasımovun nəzarəti ilə göndərdiyim bütün məlumatların araşdırılmasına başlanılıb. Nəticəni yaxın saatlarda eşidəcəyik”.






15 Noyabr, 2022  13:58 Baxılıb: 2077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner