Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Almaniyaya qanunsuz daxil olan 13 Azərbaycan vətəndaşı saxlanılıb

Bu ilin son altı ayı ərzində Almaniyaya qanunsuz yollarla daxil olan 13 Azərbaycan Respublikası vətəndaşı ilə bağlı qanunu tədbirlər görüləcək.

Simsar.az xəbər verir ki, bu barədə Report-a Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu ilin son altı ayı ərzində qonşu ölkələrdən Almaniyaya qanunsuz olaraq daxil olan 13 Azərbaycan Respublikası vətəndaşının əksəriyyəti ağır tonnajlı yük avtomobillərinin saxlanc yerlərində gizlənərək ölkəyə daxil olublar. Polis reydi zamanı saxlanılan şəxslər müvafiq miqrasiya idarələrinə təhvil veriliblər.

Federal nazirlikdən bildirilib ki, həmin şəxslər barəsində ölkə sərhədlərini qanunsuz keçdikləri üçün tədbir görüləcək.

Almaniyada gündəlik nəşr olunan “Bild” qəzetinin məlumatına görə, hər gün 1500-ə yaxın miqrant qanunsuz olaraq ölkəyə daxil olur. Onlar əsasən, Suriya, Əfqanıstan və Şimali Afrika respublikalarının vətəndaşlarıdır.

Qəzet iddia edir ki, qonşu İsveçrə miqrantları Almaniyaya yönəldir.z






31 Oktyabr, 2022  14:16 Baxılıb: 3494 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









2 Fevral, 2023  15:19

2 Fevral, 2023  15:12





30 Yanvar, 2023  14:17





18 Yanvar, 2023  12:30



5 Yanvar, 2023  11:14

21 Dekabr, 2022  14:07






29 Noyabr, 2022  17:39

24 Noyabr, 2022  12:09



23 Noyabr, 2022  13:57


23 Noyabr, 2022  12:21

23 Noyabr, 2022  12:19

23 Noyabr, 2022  12:17



22 Noyabr, 2022  17:44

22 Noyabr, 2022  16:42



22 Noyabr, 2022  14:56


22 Noyabr, 2022  13:34

22 Noyabr, 2022  12:24


sagbanner