Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ehtiyatda olan polkovnik Elnur Məmmədov həbs edilib

Ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Elnur Məmmədov Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilib. Elnur Məmmədov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Elnur Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.

Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.






6 Oktyabr, 2022  15:17 Baxılıb: 2310 Çap

Bu bölmədə


XƏBƏR LENTİ








23 Oktyabr, 2023  12:30



19 Oktyabr, 2023  13:15







9 Oktyabr, 2023  15:26



3 Oktyabr, 2023  15:18

27 Sentyabr, 2023  15:31



27 Sentyabr, 2023  11:30


22 Sentyabr, 2023  12:52





25 İyul, 2023  13:09




25 Aprel, 2023  15:29

25 Aprel, 2023  13:56













sagbanner