Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səlim Müslümov ev dustaqlığına buraxıldı

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

Simsar.az Unikal.org-a istinadən xəbər verir ki, sabiq nazir ev dustaqlığına buraxılıb. Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdə idi. O, 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.

Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. Hazırda onunla bağlı istintaq DTX tərəfindən aparılır. İstintaq dövründə onun həbs müddəti son olaraq apreldə 5 aylıq uzadılmışdı. Qeyd edək ki, bu müddət S.Müslümovla bağlı istintaqın tamamlanması üçün son həddir. Müddətin sonunda onunla bağlı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi gözlənilir.






26 May, 2022  11:22 Baxılıb: 5953 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner