Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Balakəndə narkotacirlər saxlanılıb - FOTOLAR

Balakəndə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulub.

DİN-in Mətbuat Xidmətindən Simsar.az - a verilən məlumata görə, nəticədə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

Daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakinləri - əvvəllər bir neçə dəfə məhkum olunmuş Nurlan Rzayev və Elçin Kərəkməzli, eləcə də Sumqayıt sakini Zaur Rzayev saxlanılıb. Taksi fəaliyyəti ilə məşğul olan sonuncunun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış keçirilərkən 7 kiloqram 400 qram qurudulmuş marixuana, 2 kiloqrama yaxın heroin və 312 qram psixotrop maddə olan metamfetamin aşkarlanıb. Şəxsi axtarış zamanı N.Rzayevdən isə heroin götürülüb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Nurlan Rzayev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub. Sonuncu dəfə isə həmin əcnəbi şəxsin narkotik vasitəni Balakən rayonu ərazisindən Gürcüstana keçirmək cəhdi baş tutmadığından o, kuryerindən Balakəndə olan narkotik vasitəni götürüb, Bakıya aparmasını istəyib.

Bunun qarşılığında isə Nurlana 5 min manat verəcəyəni bildirib. Razılığa gəldikdən sonra N.Rzayev tanışları Z.Rzayev və E.Kərəkməzli ilə Balakənə gəlib, narkotik vasitəni “WhatsApp” üzərindən ona göndərilən şəkillərdə göstərilən yerdən götürüb, geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.






11 Mart, 2022  10:43 Baxılıb: 6056 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner