Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cavanşir Feyziyevin qardaşı dövlətdən 200 manat yardım alıb – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Böyük Britaniya məhkəməsi  deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə - həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus 5,6 milyon funt-sterlinq (12,9 milyon manat) məbləğində vəsaitin müsadirə olunması haqqında qərar verib. Deputatın ailə üzvlərinə məxsus olan və üzərinə həbs qoyulan 9,7 milyon funt-sterlinq (22,3 milyon manat) isə onlara geri qaytarılıb.

Yeniavaz.com xəbər verir ki, Cavanşir Feyziyevin ailə üzvlərindən bəziləri Böyük Britaniya banklarında milyonlarla vəsait saxlasa da, digər ailə üzvləri Azərbaycanda dövlətdən yardım alıblar.

Böyük Britaniya banklarında böyük həcmdə vəsaiti olan şəxslərdən biri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Bəşir oğlu Cavanşirdir. Azərbaycanın ən böyük siqaret istehsalçısı olan “Tabaterra”  QSC-nin rəhbəri olan Elman Cavanşirin atası Feyziyev Bəşir Əyyub oğlu Şəki rayonun Böyük Dəhnə kəndində ona məxsus olan 4 hektar torpaqda əkin işləri görə bilmək üçün dövlətdən 200 manat yardım alıb.

Məlumat üçün bildirək ki, dövlətdən 200 manat yardım alan Bəşir Feyziyevin oğlu Elman Cavanşirin rəhbərlik etdiyi “Tabaterra Leaf” QSC ötən ilin oktyabr ayında təxminən 30 milyon xərcləyərək "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən "Azərtütün" ASC-nin səhmlərinin 85%-ni satın alıb.






9 Fevral, 2022  15:08 Baxılıb: 4476 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


25 Aprel, 2023  15:29

25 Aprel, 2023  13:56














2 Fevral, 2023  15:19

2 Fevral, 2023  15:12





30 Yanvar, 2023  14:17





18 Yanvar, 2023  12:30



5 Yanvar, 2023  11:14

21 Dekabr, 2022  14:07






29 Noyabr, 2022  17:39

24 Noyabr, 2022  12:09



23 Noyabr, 2022  13:57


23 Noyabr, 2022  12:21

23 Noyabr, 2022  12:19

23 Noyabr, 2022  12:17



22 Noyabr, 2022  17:44

sagbanner