Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

XI SİNİFİ BİTİRƏNLƏR BU GÜN BURAXILIŞ İMTAHANI VERİR

Ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri bu gün mərkəzləşdirilmiş buraxılış imtahanından keçəcəklər.

İmtahanda 25 min 800 şagirdin iştirakı gözlənilir. İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edəcək.

XI siniflərin orta təhsil səviyyəsi üzrə imtahan sualları fənlərə uyğun olaraq bu ardıcıllıqla sıralanacaq:

Ana dili və ədəbiyyat - 1-25, riyaziyyat – 26-50, Azərbaycan tarixi – 51-65, fizika - 66-75, kimya - 76-85, biologiya - 86-95, coğrafiya – 96-105 və xarici dil - 106-120.

Qeyd edək ki, şagird iki və daha artıq dairə qaralayarsa, həmin sualın cavabı səhv hesab ediləcək.

Hər bir fənn üzrə sualların 20%-dən 50%-nə qədər doğru cavab verən şagird “3”, 50%-dən 80%-nə qədər düz cavab verən “4”, 80%-dən 100%-ə qədər düz cavab verən şagird isə “5” ilə qiymətləndiriləcək.

Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird “3”, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird “4”, ən azı 20 və daha artıq suala doğru cavab verən şagird “5” qiyməti ala biləcək.






17 İyun, 2011  15:09 Baxılıb: 1253 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner