Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yevlaxda İcra hakimiyyətinin nümayəndələri Qarabağ qazisinin obyektini dağıdıb-VİDEO+FOTOLAR

Yevlaxda Qarabağ qazisinin tikdirdiyi obyekti icra hakimiyyətinin nümayəndələri dağıdıb. Yevlax rayon Xaldan qəsəbə , sakini 3-cü qrup Qarabağ əlili,qazi Elburus Xəlilov Ağakişi oğlu saytımıza onu narahat edən problemlə bağlı müraciət edib. Məsələni yerində araşdırmaq üçün Xaldan qəsəbəsinə və daha sonra Yevlax şəhər İcra Hakimimiyyətinə üz tutduq. Elburus Xəlilov bildirir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Şəhid ailəsi ilə ortaqlı 2500 manat rusum haqqı ödeyib, 25 kv .m. mağaza tikmək üçün Xaldan qəsəbəsində torpaq sahəsi alıblar. Bankdan 5 min manat kredit götürüb həmin mağazanı tikdirməyə başladıq-deyir şikayətçi.Lakin gecə saatlarında mənə xəbər gəldi ki,sənin tikdirdiyin obyekt traktorla dağıdılıb: "Hadisə yerinə gələndə gördüm ki, Xaldan kənd nümayəndəsi, Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hüseynov Anar Fazil oğlu, Xaldan qəsəbə sahə rəisi,polis kapitanı İsmayılov Yunis Xanlar oğlu ,Yevlax polisi Famil hadisə yerində idilər”.

Vətəndaş Elburus Xəlilov idda edir ki, obyektinin sökülməsi ilə bağlı mübahisə zəmnində adı çəkilən şəxslər ona müqavimət göstəriblər .Elburus Xəlilov deyir ki,ona bildirirlər ki,torpağın sənədi düz deyil. Amma onlar məndən 1000 manat rüşvət istədilər mən vermədim. Ona görə də obyekti dağdıblar. Qazi onu da bildirir ki,”biz ümumiyyətlə kənddə heç bir iş görə bilmirik. Torpaqlarımız var, kəndliyik, torpaqda əkib, becərib dolanmalıyıq. Əkin əkməyə qoymurlar ki,su yoxdur,bizim problemlərimizə baxan yoxdur. Mən də mağaza tikdirdim ki,dolanım.İndi mən nə ilə dolanmalıyam”. Qeyd edək ki,Elburus Xəlilov 44 günlük Vətən müharibəsində də orduya 1800 manat vəasit köçürüb, dəfələrlə cəbhə bölgəsinə yardımlarda aparıb. Məsələ ilə bağlı İcra nümayəndəsi Yunis müəllimə müraciət etdik.Bildirdi ki,vətəndaşın sənədində tikinti aparmağa ixtiyarı yoxdur.O,həmin ərazidə tikinti apararkən xəbərdarlıq etdik.Həmin ərazidə ancaq dəmir konstruksiya ilə quraşdırılmış mövsümə uyğun balaca butka qoyula bilər”. Vətəndaşın döyülməsi ilə bağlı Xaldan sahə polisi İsmayılov Yunisə də müraciət etdik. O,bizə şübhəli baxşlarla baxıb oturduğu otaqdan çıxıb özünə məxsus avtomobilində oturub qapıları da bağladı. Görəsən Yevlax şəhərində vətəndaşlara qarşı məmur öz başnalığına nə vaxt son qoyulacaq?(7news.az)

 

 







25 Oktyabr, 2021  17:51 Baxılıb: 5959 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner