Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«WASHİNGTON POST»un MÜXBİRİNƏ BAKIDA HÜCUM OLUNDU

Amanda Eriksonla və Silya Devis ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib 

İyunun 15-da axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar. Simsar.az saytı «Turan» İnformasiya Agentliyinə istinadən xəbər verir ki, həmin axşam Milli Dram Teatrının yaxınlığında idmançı bədən quruluşuna malik bir neçə gənc qızların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıb: «Hadisədən əvvəl qızlar bu oğlanların onları izlədiyini bildirmişdilər. Nəticədə qızlar ciddi zədələr alıblar». Hücum edənlərin dörd nəfər olduğu bildirilir. 


Əldə etdiyimiz əlavə məlumatlara görə, hücum edənlər xaricilərə heç nə demədən onları vurmağa başlayıblar, Amanda Erikson nisbətən az döyülüb, Silya Devis isə ağır bədən xəsarətləri alıb. Bildirilir ki, hücuma məruz qalanlar həmin axşam dənizkənarı parkda Milli Qurtuluş Günü münasibətilə təşkil olunan bayram atəşfəşanlığına tamaşa etmək üçün gediblər. Hücum edənlərin isə onları əvvəlcədən izlədiyi bildirilir. Hücum edənlər xaricilərin üzərlərindəki pulu, telefonları və digər qiymətli əşyaların heç birini götürməyiblər. Bu da hücumun qarət məqsədilə edilmədiyini göstərir.

Hadisə barədə Amanda Erikson telefonla ABŞ səfirliyini məlumatlandırıb. İnsident barədə səfir Metyu Brayzaya təcili məlumat verilib və o, səfirliyin “miqalkalı” avtomobilini döyülənlərə yardım üçün göndərib. Elə hadisə yerində də hücuma məruz qalanlara ilk yardımı Amerika səfirliyinin əməkdaşları göstərib. Qeyd edək ki, hüquq müdafiəçisi Silya Devis Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) üçün treninqlər keçirir və könüllü kimi fəaliyyət göstərir. Amanda Erikson da onunla birlikdə bir neçə gündür Bakıdadır, bir gün əvvəl onun azərbaycanlı gənclərin mobil telefonlarda wap-saytlar yaratması və belə saytlara maraq barədə “The Christian Schience Monitor” qəzetində məqaləsi dərc olunub. Bildirilir ki, Amanda Erikson və Silya Devis yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirdilər. Erickson həmçinin «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edir.
ABŞ səfirliyinin dünən yaydığı məlumata görə, səfirlik cinayətdən xəbərdardır və səfirlik işçiləri hücuma məruz qalanlara yardım edirlər: «Zərərçəkənlər polisə məlumat veriblər, təhqiqat barədə bütün suallar Azərbaycan polisinə verilməlidir».

Amanda Eriksonun özü isə AzadlıqRadiosuna deyib: «Mən hər hansı bəyanat vermək istəmirəm. Məncə, bizim hücuma məruz qalmağımız üçün hər hansı motiv olmayıb». Hər iki xanım iyunun 16-da hadisə ilə bağlı polisdə olublar və ifadə veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, araşdırma aparmadan nəsə demək düz deyil: «Bizim üçün fərqi yoxdur, xarici ölkə vətəndaşıdır, ya Azərbaycan vətəndaşıdır. İstənilən şəxs cinayət xarakterli əməllə üzləşibsə, polisə müraciət etsin. Müraciət ediblərsə, bununla bağlı zəruri tədbirlər görüləcək ki, üstü açılsın. Araşdırma zamanı məlum olacaq ki, motiv nədir. Bəri başdan nəsə demək tələsik olardı».






17 İyun, 2011  14:56 Baxılıb: 1279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner