Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Şuşanın fotoları Avropa Parlamentində nümayiş etdiriləcək

İsveçin “Cawa Media” xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Şuşa uğrunda qanlı döyüşlər apardığı və noyabrın 8-də şəhəri azad etdiyi barədə ətraflı məlumat verilib. Şuşanın bölgənin “döyünən ürəyi” adlandırıldığını vurğulayan müəllif qeyd edib ki, şəhərin əksər hissəsi dağıntı içindədir, burada bərpa və yenidənqurma işləri aparılır.

Məqalədə 2021-ci ilin sentyabrında “Cawa Media” əməkdaşlarının azad edilmiş ərazilərə səfər etmək üçün Azərbaycan dövlətinin icazəsini alan ilk isveçli jurnalistlər olduğu, Füzuli Beynəlxalq Hava Limanında və Zəngilanda aparılan işlərə, ANAMA əməkdaşlarının əraziləri minalardan təmizləməsi prosesinə şahid olduqları bildirilib.

Qeyd edilib ki, “Cawa Media” əməkdaşlarının Şuşa şəhərində və ətrafında çəkdikləri şəkillər Avropa Parlamentində nümayiş etdiriləcək. Bu xüsusi sərgi barədə ətraflı məlumat isə oktyabr-noyabr aylarında saytda yerləşdiriləcək.






5 Oktyabr, 2021  17:46 Baxılıb: 5884 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner