Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ANS TV yeni adla efirə qayıtmağa hazırlaşır - AÇIQLAMA

Ümumrespublika televiziya kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb. MTRŞ-dan verilən məlumata görə, müsabiqəyə altı iddiaçı sənədlərini təqdim edib.

Bunlar “APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İstipress” MMC, “Medical Media” MMC-dir.

Modern.az saytına məlum olub ki, ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər.

ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı Modern.az-a təsdiqləyib. S.Həsənova müsabiqənin obyektiv keçəcəyi təqdirdə qalib gələcəklərinə inandıqlarını deyib:

“Bu müsabiqədə bizim “İstipress” MMC, “İNS ÇM” MMC və “Balans Studiyası” MMC də iştirak edir. Bütün lazımi sənədləri təqdim etmişik. Artıq bildiyiniz kimi, bu şirkətlərin adları MTRŞ-nın səhifəsində də yayımlanıb. Əminik ki, müsabiqə obyektiv keçəcək və belə olan təqdirdə biz qalib gələcəyik!”.

Qeyd edək ki, MTRŞ-nin müsabiqəsinə qatılan “İstipress” MMC, “İNS ÇM” MMC və “Balans Studiyası” MMC-yə ANS Şirkətlər Qrupunun sahibləri Vahid və Seyfulla Mustafayev qardaşları rəhbərlik edirlər.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.






14 İyul, 2021  10:37 Baxılıb: 3888 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner