Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aqil Acalov yazır: Gənclərin ölüm kabusu - "PATI”, “ŞÜŞƏ”, “METAMFETAMIN”, "KAKOS"...

Son illər Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı artıb. Bunu statistik rəqəmlər də sübut edir. Statistikaya əsasən, 2000-2005-ci illər arasında bu bəladan əziyyət çəkənlərin sayı 14 min civarında idisə, son beş ildə 20 mindən yuxarı olub, hətta 2017-ci ildə 30 min 131, 2018-ci ildə isə 31 min 432 nəfər müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub

Son vaxtlar Azərbaycanda ölkədə “patı”, “şüşə”, “metamfetamin”, "kakos" kimi süni narkotik istifadəçilərin sayı durmadan artır. Ən pisi odur ki, yeniyetmələr, gənclər də bu şəbəkəyə cəlb olunur.

Müasir dünyanın bəlasına çevrilən bütün digər ölümlərin - qəzaların, xəstəliklərin və s. bərabərində bütün dövrlərin bəlası olan "Ağ ölüm" kimi ifadə etdiyimiz narkomaniya, təəssüflər olsun ki, hər zamankı kimi bu gün də aktualdır.

Narkomaniya tək bir cəmiyyətin deyil, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşər övladlarının bəlasıdır və onunla mübarizə bütün bəşəriyyətin xilası üçün vacibdir.

İstər dünya iqtisadiyyatının, istər sosial sferaların, istərsə də bütün digər sahələrin təkanverici qüvvəsi insan amilidir. Məhz buna görə də bütün dövlətlərin əsas marağı insanların rifahının yaxşılaşdırılması və maraqlarının təmin olunmasına yönəlmişdir. Bütün bunlardan öncə isə insan amili dedikdə ilk növbədə ağıla gələn insanların sağlamlığıdır. Yalnız fiziki deyil, həm də mənəvi cəhətdən sağlam cəmiyyətin formalaşdırılması bütün dövlətlərin siyasətinin prioritet istiqamətlərindəndir.

Tarix boyu müəyyən dövrlərdə insanların kütləvi məhvinə səbəb olan müxtəlif xəstəliklər zaman-zaman olmuş və bütün dünya ölkələri onlarla mübarizəyə səfərbər olmuşlar. Lakin Narkomaniya insanların fiziki və mənəvi məhvinə səbəb olan bir bəla kimi bütün Artıq illərdir istər orta məktəblərdə təhsil alan şagirdlər, istər ali təhsil olacaqlarında gənclər, istərsə müxtəlif bu istiqamətli tədbirlərdə iştirakçılar qarşısında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, yaratdığı QİÇS və bir sıra başqa qorxunc xəstəliklər və bəlalar haqqında, eyni zamanda onların aradan qaldırılması barədə maarifləndirici məlumatlar verilir. Bu işdə həm cəmiyyətin ayrı-ayrı üzvlərinin, həm dövlət siyasətinin, həm də ictimai birliklər, qeyri-hökumət təşkilatlarının birliyi zamanla daha müsbət nəticələrin əldə olunmasını stimullaşdırır.

İlk növbədə isə ailə içindən fərdi olaraq buna təkan verməli, övladlarımızın sosial maraqlarına diqqət etməli, onları faydalı istiqamətlərə yönləndirməliyik. Onların fiziki və ya yaradıcı imkanlarına uyğun olaraq istiqamət verməklə sağlam həyat tərzi, düzgün həyat rejimini təmin edəcək maraq dairələrinin formalaşmasına dəstək olmalıyıq. Məsələn, müxtəlif idman sahələrinə maraq göstərən uşaqların fiziki üstünlüklərini nəzərə alaraq bu yöndə dəstək olmaqla, hər hansı yaradıcılıq qabiliyyəti olanları həmin sahə üzrə istiqamətləndirmək və ya ən sadə halda onlara hər hansı hobbi sahibi olmaqda maraq yaratmaqla mənəvi və fiziki sağlamlıqlarını möhkəmləndirmək üçün əyləncəli və maraqlı üsulların olduğunu təlqin edə bilər və beləliklə fərdi münasibətlərdən başlayaraq addım-addım bu və ya digər mübarizə metodları üzərindən birlik olub sağlam gəncliyin formalaşmasına və onları zərərli vərdişlərdən qorumağa nail ola bilərik.

Gənclərimizin fiziki sağlamlığının və mənəvi saflığının qorunması bütün cəmiyyət olaraq əsas qayğılarımızdan biridir.

Gələcəyimizi hər cəhətdən sağlam və uğurlu görmək ən böyük arzumuzdur, bu səbəbdən insan həyatını hər mənada iflic edən bu ümumbəşəri bəlaya qarşı mübarizədə hər zaman birlik göstərməli və qətiyyətli olmalıyıq!

Aqil Acalov
Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru





12 İyul, 2021  10:02 Baxılıb: 7519 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner