Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Olympus Park" vətəndaşın mülkiyyətini qanunsuz söküb - İDDİA - VİDEO

“Gecənin bir vaxtı zəng gəldi ki, idman zalı sökülür. Qaçıb getdim, gördüm ki, ərazidə ağır texnikalar hərəkətdədir, mənə məxsus tikilini darmadağın ediblər. Şirkət binanı dağıdıb, içərisində olan idman avadanlıqları, şəxsi əşyalarım, naliyyətlərim, mənəvi dəyəri yüksək olan kubok və medallarım, təltiflərim hələ də binanın içərisində qalıb”.

Bakı sakini İlham Sərdarov bildirir ki,  “Olumpus Park” tikinti şirkəti bu il martın 20-də gecə saatlarında onun mülkiyyətində olan və Xətai rayonu, Cavanşir küçəsi 36 ünvanında yerləşən “Lider” idman klubunun binasını qanunsuz olaraq söküb. İlham Sərdarov deyir, şirkət həmin gecə saat 4 radələrində əraziyə ağır texnikalar gətirib, tikili yararsız vəziyyətə salınıb. Aylardır ki, yazmadığımız, müraciət etmədiyimiz qurum qalmayıb. Səs-küy salandan 2 ay sonra Fövqəladə Hallar Nazirliyi işi dayandırdı. Həmin vaxt Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də mənə məktub göndərdi ki, “Olimpus Park” MTK tərəfindən aparılan tikinti işləri aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində dayandırılıb. Hətta şirkətin rəhbərliyi özü də etiraf etdi ki, ərazidə bina tikintisi apararkən mənim əmlakıma təsadüfən texniki qəza nəticəsində zərər dəyib. Mən də aidiyyəti qurumlara müraciət edərək şirkətin vurduğu zərəri aradan qaldırmasını tələb etdim. Ancaq hər şey tərsinə oldu, bir neçə gün əvvəl yenə hərəkətə keçdi. İndi deyirlər, “burda bizik, bağdadda kor xəlifə, get, əlin hara çatır, şikayət elə”.

İyunun 22-də Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə şirkətin iddiasına baxılmalıydı. Ancaq şirkətin nümayəndəsi gəlmədiyi üçün məhkəmə iclası təxirə salınıb. İlham Sərdarov da eyni məhkəmədə şirkətə qarşı iddia qaldırıb. O, qarşı tərəfdən tikilinin bərpası üçün 500 min, mənəvi zərərə görə isə 1 milyon manat tələb edir. İddia ərizəsi eyni hakimin icraatına verilib.

İlham Sərdarov deyir, sahibi olduğu “Lider” idman klubu 30 ildən çox imiş ki, fəaliyyət göstərirmiş: “Bu klubda məşq edən idmançılar həm respublika, həm dünya səviyyəli yarışların qalibi olublar, bayrağımızı qaldırıblar. Hzırda idman zallarının fəaliyyəti bərpa edilib. İllərdir ki, hər cür şəraiti olan zalımızda məşq etmiş idmançılar indi başqa idman zallarına üz tutmalı olub. Bu da şirkətin bizə vurduğu zərərin başqa tərəfidir”.

 

Musavat.com






29 İyun, 2021  14:40 Baxılıb: 3244 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner